Hamının evində var: Ağcaqanad qaşınmasına qarşı təsirlidir
11:11 18.07.2024
Cəmiyyət
923
Ağcaqanadların insan əsəblərini tarıma çəkən vızıltısı bir yana, sancdıqdan sonra qaşınması daha dəhşətlidir. Elə dəri var, çox həssasdır və ağcaqanadın sancdığı hissə köpəciyir və uzun müddət qaşınır. İsti havalarda bir də ağcaqanadlarla mübarizə insanları lap hövsələdən çıxarır. Lakin mütəxəssislər ağcaqanad sancmasının yaşatdığı qaşıntıya qarşı təbii vasitələr məsləhət görür. Həm də bunlar hər evdə, hər kəsin əlinin altında olan vasitələrdir. Sadəcə, bunlardan çoxumuz xəbərsizik.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ağcaqanad sancması sizə əziyyət verirsə, qaşınma sizi bezdiribsə, mətbəxə keçin və soyuducunu açın. Soyuducuda qatıq varsa, bir çay qaşığı qatığa bir çimdik duz qatıb qarışdırın və qaşınan yerə sürtün. Yaşıl çay paketini də isladıb qaşınan hissənin üzərinə qoysanız, soyuq hiss qaşınmanın azalmasına səbəb olacaq. Çayın tərkibindəki faydalı maddələrsə iltihabın qarşısını alacaq. Bal da qaşınmanı azaldan effketiv vasitədir. Antiseptik xüsusiyyətə malik bal antibakterial təsir göstərərək qaşınmanı dayandırır, onun yayılmasının, əhatəsinin genişlənməsinin qarşısını alır. Baldakı şirinlik ağcaqanadın dəriyə ötürdüyü zəhəri özünə çəkir, bunun sayəsində qaşınma dayanır. Aloe Vera da iltihab əleyhinə təsirli vasitədir. Qaşınmanın aradan qalxmasına kömək edir. Soyuducuda AloeVeranı daim saxlamağa çalışın. Ağ reyhan da qaşınmaya qarşı təsirli vasitə hesab edilir. Ağ reyhan ağcaqanadları uzaqlaşdıran bitkidir. Mənzildə ağ reyhan dəstəsi qoysanız, ağcaqanadlar otağa daxil olmayacaq. Ağ reyhan şişkinliyi də azaldır, iltihab əleyhinə təsir göstərir. “Aspirin” preparatının tərkibindəki asit turşusu da qaşınmaya qarşı effektivdir. Aspirin həbini əzib bir miqdar suyla qarışdırıb qaşınan yerə sürtməklə qaşınmanı dayandırmaq mümkündür. Ağcaqanad sancmalarına qarşı tərkibində limon otu və esansiel yağı olan kremlərdən istifadə etmək də olar. Belə tərkibli kremlər də iltihab əleyhinədir və qaşınmanı azaldır. Hamilə qadınlarsa bu vasitələrdən yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya