Akademik Milli Dram Teatrında Elçinin 80 illik yubileyi qeyd olunub - FOTO
Yusif Nəzərli
14:21 20.05.2023
Mədəniyyət
704
Mayın 19-da Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin 80 illik yubiley tədbiri keçirilib.
Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçirilən yubiley tədbirində dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xalq artisti Nurəddin Mehdixanlı Elçinin nəsr və dramaturgiya yaradıcılığı haqqında çıxış edərək bildirib ki, onun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifələrindəndir:
"Elçin Azərbaycan dramaturgiyasının çox gözəl, daim yaşayacaq səhifələrini yaradıb. Elçin müəllimin əsərləri təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş SSRİ məkanında olan respublikalarda, həmçinin Avropa ölkələrində tamaşaya qoyulub. Bu, Elçin Əfəndiyev dramaturgiyasının və Azərbaycan sözünün gücü, qüdrəti deməkdir".
Teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Elçinin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 60-cı illər ədəbiyyat nəslinin ən parlaq nümayəndəsi olan Elçinin dramaturgiyası özünəməxsusluğu və qüdrəti ilə seçilir. Onun pyesləri, əsərləri dünyanın bir çox ölkələrində səhnələşdirilir və sevilir.
Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli Xalq yazıçısı Elçin haqqında təəssüratlarını bölüşərək qeyd edib ki, Azərbaycan dramaturgiyasında ilk ədib Elçindir ki, hələ 26-27 yaşında postmodernizm üslubunda pyes yazıb. Azərbaycan teatrında son 70 ildə İlyas Əfəndiyevdən sonra ikinci dramaturq Elçindir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində 11 tamaşası oynanılıb. Onun əsərləri təkcə öz ölkəsində deyil, dünyada da sevilir.
Daha sonra Elçinin eyniadlı pyesi əsasında hazırlanan “Cəhənnəm sakinləri” tamaşası nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış ediblər.
Tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, beləcə onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, eyni zamanda, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm