“Biz ağladıq, şəhid atasının isə gözündən yaş gəlmədi”
11:07 27.09.2021
Mədəniyyət
673
Son Qarabağ savaşının başlamasından bir il ötür. Keçən il sentyabrın 27-i düşmən təxribatlarının qarşısını almaq məqsədilə bütün cəbhəboyu qoşunlarımız əks-hücum əməliyyatına başladılar. 44 günlük Vətən müharibəsində oğullarımız misilsiz qəhrəmanlıq göstərib torpaqlarımızı işğaldan azad etdilər. Bu gün zəfərimizin memarları olan şəhidlərimizi anıb, canlarını yarısını Vətənə qurban verən qazilərimizi yada saldıq.
“Sherg,az”la həmsöhbət olan əməkdar artist İlkin Əhmədov da Anım Günü ilə bağlı tədbirlərdə iştirak etdiyini söyləyib:
“Şəhidlərimizi anmaq hər bir Azərbaycan vətandaşının borcudur. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ötən gün N saylı hərbi hissədə tədbirdə olduq, şəhid ailələri, qazilərimiz, Birinci Qarabağ müharibəsinin savaşçıları, o vaxt şəhadətə ucalanların yaxınları ilə görüşdük. Artıq bu ənənə halını alacaq, 27 sentyabrı Anım Günü kimi qeyd edəcəyik. Çox şükür ki, Qarabağımız azaddır. Qəhrəman balalarımızın qanı-canı hesabına torpaqlarımızı qaytardıq. Bir azərbaycanlı kimi çox qürurluyam, bir gözümüz ağlayır, digəri gülür. Dünən tədbirdə Bəhram və İman qardaşlarının valideynləri bizimlə idi. Onlar övladlarını torpaq uğrunda qurban veriblər. Çox qürurlu idilər, ataları Elman müəllimin çıxışı hər birimizin qəlbini riqqətə gətirdi. Ağladıq, amma onun gözündən yaş gəlmədi. Bu gün Şuşamız, Qarabağımız azaddır. Allah Ali Baş Komandamıza can sağlığı versin. Onun da qeyd etdiyi kimi, biz torpaqlarımızı azad etmişik. İnşallah əzəli torpaqlarımızı qaytarmağa davam edəcəyik”.
Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət