Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir

Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televizya əməkdaşları, bir çox ictimai şəxslər və mərhumun yaxınları ştirak edirlər.

Qeyd edək ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.