Ayasofyanın yenidən ibadətə açılmasının 6-cı ildönümü münasibətilə hazırlanan "Fəthin möhürü: Ayasofya-i Kəbir Cami-i Şərifi" adlı nəfis nəşr oxuculara təqdim olunub.

Sherg.az xəbər verir ki, 332 səhifədən ibarət kitab türk, ingilis və ərəb dillərində nəşr edilib. Nəşrdə Ayasofyanın 17 əsrlik tarixi, Bizans dövründən Osmanlı dövrünə, muzey olduğu illərdən 2020-ci ildə yenidən məscid kimi ibadətə açılmasına qədər keçdiyi mərhələlər fotoşəkillər, xəritələr, qravürlər və rəsmlərlə əks olunub.

Kitabda ümumilikdə 229 fotoşəkil, o cümlədən indiyədək dərc edilməmiş tarixi kadrlar yer alıb. Nəşrin təqdimat mətninin müəllifi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.