Heydər Əliyev Fondu böyük işlər görür: “Qarabağda tarixi abidələrin bərpası ilə məşğuldur”
Heydər Əliyev Fondu böyük işlər görür: “Qarabağda tarixi abidələrin bərpası ilə məşğuldur”
11:44 25.09.2021
Mədəniyyət
756
Heydər Əliyev Fondu tərəfindən xalqımızın milli-mədəni irsinin qorunub saxlanılması, səhiyyə, mədəniyyət, təhsil və digər sahələrdə bir sıra işlər görülüb. Bununla yanaşı işğaldan azad olunmuş torpaqlarımızda tarixi abidələrin, məscidlərin bərpa-təmir işləri fondun təşkilatçılığı ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Şuşada azad edildiyi gündən mədəni tədbirlər, festivallar təşkil olunub. Bunlara "Xarıbülbül" Musiqi festivalını, Vaqif Poeziya günlərini, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalını misal göstərmək olar.
"Sherg.az"la həmsöhbət olan xalq artisti Mənsum İbrahimov da deyib ki, Fondun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir:
"Heydər Əliyev Fondu böyük işlər görüb. Zəfərimizdən 6 ay sonra Şuşada möhtəşəm "Xarıbülbül" festivalı keçirildi, iki gün davam etdi. Birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri çıxış etdilər. Bir daha dünyaya göstərdik ki, Azərbaycan çoxmillətli, tolerant ölkədir. Onun ardınca Vaqif poeziya günlərinin açılışı oldu. Sentyabrın 18-də Üzeyir Hacıbəyovun ad günü ilə bağlı Milli Musiqi festivalı görkəmli bəstəkarın heykəlinin qarşısında baş tutdu. Çox möhtəşəm tədbir oldu . Bununla yanaşı Fond Şuşada tarixi abidələrin bərpa işləri ilə məşğuldur. Ümumiyyətlə, Heydər Əliyev Fondu yarandığı tarixdən Muğamın inkişafı ilə bağlı işlər görür. Bu günə qədər 7 Muğam Televiziya müsabiqəsi keçirilib, altı Beynəlxalq Muğam festivalı təşkil olunub. Nəticədə onlarla gənc muğam ifaçısı sənətə gəlib. Heydər Əliyev Fondu Ulu öndərimizin adına layiq işlərə imza atır. Fonda da ölkənin Birinci vitse-prezidenti əziz Mehriban xanım Əliyeva rəhbərlik edir. Həm mədəniyyətimizə, həm səhiyyəmizə töhfələr verir, əhalinin sosial problemləri ilə məşğul olur".
Samirə Ərəblinski
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət