İlham Əliyev: “Xarıbülbül” festivalının keçirilməsi mənim ideyam idi”
10:00 24.09.2021
Mədəniyyət
695
“Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir. Müasir qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyillər nəzərə alınmalıdır. Təkcə Azərbaycan xalqına deyil, dünya əhalisinin əksəriyyətinə yabançı olan belə meyillərin fəal şəkildə təbliğ edildiyini görürük. Burada əsas təməl isə, əlbəttə, ailə tərbiyəsi, incəsənət, ədəbiyyat, mədəniyyətdir. Biz bunları qoruyub saxlamaq istəyirik və qoruyub saxlayırıq”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.
“Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik. İndi tarixi abidələr bərpa olunur. Azad edilmiş bütün ərazilərdə bu işlər davam etdiriləcək, təhsil layihələri, mədəniyyət layihələri artıq razılaşdırılıb. Şuşada tarixi abidələrin çox hissəsi sponsorların vəsaiti hesabına və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunacaq və ya artıq bərpa olunmaqdadır. Bir də, əlbəttə, biz bu işləri dövlət sərmayə qoyuluşları hesabına aparacağıq. Həmçinin Qarabağ Dirçəliş Fondu yaradılıb, bu Fonda hər kəs ianə verə bilər. Odur ki, bu, çox genişmiqyaslı quruculuq işi olacaq, cəmiyyət bunu çox müsbət qəbul edir. İnsanların azad edilmiş torpaqlarda müəyyən dəyişikliklər baş verdiyini, həyatın dirçəldiyini görəndə necə sevindiklərini bilirəm”, - deyə dövlət başçısı qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət