“Qeyrət,qürur cinsiyyətdə deyil,qanımızdadır”
11:57 28.09.2021
Mədəniyyət
584
“İllərdir havasına,suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz,qürurumuz,qeyrətimiz, gücümüz və sözümüz bir oldu. 27 sentyabr dəmir yumruq kimi birləşdiyimiz gündür “!
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında aparıcı Vüsalə Əlizadə yazıb. O, Son Qarabağ savaşının ildönümü haqda bunları söyləyib:
“Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara hayqırtısı günüdür. Qələbə qazandıq, amma itirmədən qazanmaq olmur. Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi. Bunlar sənin sayəndə oldu, Azərbaycan əsgəri ! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum. Bir ömürlük borcumuzun zərrəsini verməyə çalışdım. Vətən oğlu, igid qardaşımı itirdiyim bu acı günlərimdə yanımda olan, dəstək verən o analar, bacılar bir daha sübut etdilər ki, qeyrət,qürur cinsiyyətdə deyil,bizim qanımızdadır! Dərd ortağınızam dərdinizə qurban olum, təsəllim sizsiniz. Dastana çevrilən şəhidlərimizin qarşısında baş əyirəm”.
Qeyd edək ki, aparıcının hərbçi qardaşı Əlihüseyn Əlizadə ötən ay avtomobil qəzasında dünyasını dəyişib.
Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz