Şah Mat Teatrı Şuşa Teatrının səhnəsində tamaşa oynayacaq
Yusif Nəzərli
12:43 07.02.2022
Mədəniyyət
821
Müstəqil Şah Mat Teatrı fevral ayının 11-də saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Nobel mükafatlı Amerika yazıçısı John Steinbeck-in “Adamlar və siçanlar” pyesi əsasında hazırlanmış “Siçanlar və adamlar” səhnə əsərini teatrsevərlərə təqdim edəcək.
Teatrın mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, teatrın bədii rəhbəri Mir Qabil Əkbərovun quruluş verdiyi səhnə işində obrazları Anar Bulud, Anar İbrahimov, Orxan Abışov, Fərid Vəliyev, Orxan Bakinskiy, Günel İmanova, Cavid Cavadzadə, Fuad Məmmədov ifa edir.
Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə işinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssam Günel İsgəndərova, geyim üzrə rəssam Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Fuad Məmmədovdur.
Absurd janrında qurulan yeni tamaşada işlәdiklәri rançodan qovulan Corc vә Lenni öz xәyallarını gerçәklәşdirmәk üçün növbәti rançoya işlәmәyә yollanırlar. Böyük böhran tәkcә maddi cәhәtdәn deyil, hәm dә mәnәvi cәhәtdәn bütün işçilәrә tәsir etmiş, onları dәyişərək bir-birindәn asılı tәnha insanlara çevirmişdir. Xәyalları gerçәklәşdirmәk üçün tәk ümid bu tәnhalıqdan qurtulmaqdır , lakin bu "Sizifin tәpәyә daşı tәkbaşına qaldırması" qәdәr çәtin olacaqdır.
Qeyd edək ki, tamaşa 16+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından əldə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə