
Turizm yalnız mənzərə və xidmət deyil, həm də hekayə satmaqdır - EKSPERT
11:09 15.06.2025
Mədəniyyət
502
Natiq Cəfərli: "Quru sərhədlərin bağlı qalması da turizm axınının qarşısında duran əsas maneələrdəndir"
2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11.5 milyard manat, turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8.2 faiz, turizm üzrə daxilolmaların 7.4 milyard manata çatacağı proqnozlaşdırılır.
Bu sözləri Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Şahdağ Turizm Mərkəzində yay mövsümünün açılışı ilə bağlı keçirilən press-konfransda deyib.
DTA sədrinin müşaviri bununla yanaşı, bu dövr ərzində regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 faiz, turizm sənayesinin muzdlu əmək bazarındakı payının isə 5.8 faizə yüksələcəyinin gözlənildiyini qeyd edib.

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında deyib ki, turizm sektoruna dair 2030-cu ilə qədər verilən proqnozlar – 11.5 milyard manatlıq ÜDM istehsalı, qeyri-neft sektorunda 8.2 faizlik pay və 7.4 milyard manatlıq daxilolmalar – kağız üzərində müsbət görünür. Ancaq bu rəqəmlərin arxasında real struktur dəyişiklikləri,davamlı idarəetmə və insan kapitalının inkişafı dayanmasa, proqnozların gerçəkləşməsi çətin olacaq:
“Əgər biz real nəticə istəyiriksə, təkcə iri layihələrə deyil, həm də yerli icmaların, kiçik və orta sahibkarların turizm dəyər zəncirinə effektiv şəkildə inteqrasiyasına, xidmət və logistika sahəsində sistemli islahatlara ehtiyac var. Əks halda, proqnozlar rəsmi təqdimatlar üçün sadəcə rəqəmlər olaraq qalacaq”.
Natiq Cəfərlinin fikrincə, Azərbaycan geniş turizm potensialına malik ölkədir və bu sahənin inkişafı üçün kifayət qədər imkan və resurslar mövcuddur:
“Xüsusilə işğaldan azad olunmuş ərazilər – Qarabağ və Şərqi Zəngəzur bölgələri – öz zəngin təbiəti, landşaftı və tarixi ilə təbiət və mədəni-tarixi turizm üçün unikal imkanlar təqdim edir.
Hazırda ölkənin şimal bölgələri – Quba, Qusar, Şəki və digər ərazilər – turistik məkan kimi artıq tanınır və yerli, həm də xarici turistlərin maraq dairəsindədir. Lakin ümumilikdə ölkədə turistik obyektlərin sayının məhdud olması, həmçinin turizmin əsas elementlərindən biri sayılan cəlbedici və maraqlı hekayələrin – yəni “turizm kontenti”nin – yetərincə inkişaf etməməsi bu sahənin qarşısında duran əsas problemlərdəndir.
Turizm yalnız mənzərə və xidmət deyil, həm də hekayə satmaqdır. Turistin seçimində məkanın arxasındakı əfsanə, tarix və simvolika mühüm rol oynayır.
Naxçıvanda yerləşən və İslam mədəniyyətində mühüm yer tutan “Əshabi-Kəhf” ziyarətgahı dini turizm üçün əla nümunədir. Əgər bu məkan beynəlxalq səviyyədə tanıdılarsa, müsəlman ölkələrindən turist cəlbi üçün böyük potensial yarana bilər. Digər tərəfdən, Qarabağda qorunub saxlanmış alman memarlığı nümunələri – xüsusən Şuşa və Ağdam yaxınlığındakı tarixi alman məskənləri – tarix və mədəniyyət turizmi üçün böyük maraq doğura bilər. Almaniya ilə mədəni əlaqələrin inkişafı fonunda bu məkanlar Avropa turistləri üçün də cəlbedici ola bilər. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində geniş proqramlar hazırlanmalı, bölgələr üzrə tematik turlar təşkil olunmalı, brend hekayələr yaradılmalı və regionlararası turizm marşrutları qurulmalıdır. Azərbaycanın turizm sektoru təkcə iqtisadi qazanc deyil, həm də ölkənin mədəni tanıtımı, imicinin formalaşması və yerli icmaların inkişafı baxımından böyük önəm daşıyır. Məhz bu səbəbdən, turizmə sadəcə bir xidmət sahəsi kimi deyil, strateji inkişaf istiqaməti kimi yanaşmaq lazımdır”.
İqtisadçının sözlərinə görə, bu sektorda rəqabət mühiti artırılmalı, xüsusilə azad olunmuş ərazilərdə yeni turistik obyektlər tikilməli, infrastruktur inkişaf etdirilməli və xidmət səviyyəsi yüksəldilməlidir:
“Quru sərhədlərin bağlı qalması da turizm axınının qarşısında duran əsas maneələrdəndir. Qonşu ölkələrdən quru yolla gəlmək istəyən turistlərin qarşısında bu məhdudiyyətin qalması turizm potensialının tam reallaşdırılmasına əngəl törədir. Qarşıya qoyulan proqnozlara çatmaq üçün imkanlar və fürsətlər var, sadəcə olaraq reallaşdırmaq üçün böyük işlər görülməlidir. Və nəhayət quru sərhədlər açılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual
Rusiya “McDonald’s”ı da vurdu
18:00 25.09.2026
Dünya
Türkiyənin İsrail xalqına düşmənçiliyi yoxdur - Ərdoğan
17:57 25.09.2026
Gündəm
Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
17:37 25.09.2026
Sosial
Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar qadağalar qoyuldu
17:11 25.09.2026
Dünya
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm