Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az Bizim.media-ya istinadən xəbər verir ki, nazir Adil Kərimlinin əmri ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəzifəsindən azad olunaraq Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Vüsal İbrahimov iki ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.
Quba-Xaçmaz Regional idarənin rəisi vəzifəsini müvəqqəti olaraq müavini Fuad Orucov icra edir.
Vüsal İbrahimov yeni təyinatı barədə xəbəri təsdiqləyib.