Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik

Ukrayna bu gün, sabah və bazar ertəsi günü də daxil olmaqla, Moskvaya hücum etməmək öhdəliyini üzərinə götürməyə hazırdır və Rusiyadan da eyni münasibəti gözləyir.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

O, Moskvada səfərdə olan ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını və Ukraynanın danışıqlar prosesinə daxil edilən şəhərlərə hücum etməməyə hazır olduğunu bildirib.

“Kiyevdə sabah ABŞ nümayəndə heyətinin iştirakı ilə keçiriləcək diplomatik görüşlər planı təsdiqlənib. Biz Stiv Vitkoff və Jared Kuşneri gözləyirik və məzmunlu bir söhbətə hazırıq”,- Zelenski qeyd edib.