Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov xaricdə fəaliyyət göstərən siyasi mühacirlərlə bağlı feysbuk hesabında paylaşım edib. O, bildirib ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir. Bunlardan biri internet televiziyalardır:
“Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edilir. Ən acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli, söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə həyata keçirilir”.
Mövzu ətrafında fikrilərini Sherg.az-la bölüşən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, ölkəmizdə hələ də müxalifətçiliyin fəlsəfəsi, funksiyası, fəaliyyət istiqamətləri düzgün dərk olunmur və ya bunlar həmişə qəsdən arxa plana atılır.
Onun sözlərinə görə, ölkə daxilində xalqa cəmiyyətə arxalanmayan əhali tərəfdən dəstəklənməyən şəxslər öz marginal maraqları naminə hər cür çirkin əməllərə qoy qoyurlar:
“Düşünürlər ki, bu artistliklə həm xalqın tərəfində olduqlarını göstərib ictimai dəstək qazanacaqlar həm də xarici dairələrdən pul qoparacaqlar. Ölkə daxilində bu əməlləri törətməyə imkanları qalmayanda başqa yola əl atırlar. Məsələn hansısa aksiyada artistlik edib polislə güləşir və kənardan öz adamları vasitəsilə çəkilmiş şəkilləri xarici ölkələrə və təşkilatlara təqdim edir "siyasi təqibə məruz qalıram" deyib o ölkələrdən siyasi sığınacaq istəyirlər. Güman edirlər ki beləcə işləmədən müftə pul alıb kef içində yaşayacaqlar, hərdən çıxıb internetdə Azərbaycan əleyhinə ağzına gələni danışmaqla belə yaşayışı təmin edəcəklər. Bu məqsəd üçün o qədər irəli gedirlər ki nəinki ölkə hakimyyətini, xalqı, hətta biri-birilərini belə ən ağır küçə söyüşləri ilə təhqir edirlər. Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil bu erməni lobbisi olsa belə fərq etməz əsas verilən pulun məbləğidir. Artıq xalq bəzi Qərd dövlətlərindən və erməni lobbisi tərəfindən maliyyələşdirilən xarici təşkilatlar tərəfindən idarə olunan bu adamların kim olduqlarını və məqsədlərinin nə olduğunu yaxşı bilir və məhz buna görə də belə adamlara əhəmiyyət vermir. Azərbaycanla dövlətlə vətəndaş, prezidentlə xalq arasında möhkəm qarşılıqlı inam və bağlılıq var. Bu şəraitdə ölkəmizi cəmiyyətimizi heç bir qüvvə parçalaya bilməz. Ona görə də belə mənasız şəxslərə heç bir əhəmiyyət vermək lazım deyil”.
Elçin Bayramlı: "Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil, əsas verilən pulun məbləğidir"
17:34 23.08.2019
Media
2114
Oxşar xəbərlər
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib, APA-nın 20 illiyi ilə əlaqədar Vüsalə Mahirqızına plaket təqdim olunub
17:47 28.12.2024
Onlayn media subyektlərinə dəstək çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb
14:08 28.12.2024
Xəbər lenti
Hamısına bax
Gürcüstan polisi Batumi və Tbilisidə ondan çox etirazçını saxlayıb
03:00 13.01.2025
Dünya
Almaniya Ukraynaya yeni yardım paketi hazırlayır
02:37 13.01.2025
Siyasət
161 il əvvəl yazılan çobanın məktubu yenidən nəşr olundu
02:15 13.01.2025
Relaks
Çadda Fransa erası bitir - Qoşunlar çıxır...
02:07 13.01.2025
Dünya
Zoran Milanoviç seçkilərdə 74,66 % səslə qalibdir
01:56 13.01.2025
Dünya
Nazirdən çağırış: Moskvaya uçmayın!
01:52 13.01.2025
Dünya
İran paytaxtının köçürülməsi 37 milyarda başa gələcək
01:33 13.01.2025
Region
İspaniya Super Kuboku: “Barselona” “Real Madrid”i darmadağın edib
01:07 13.01.2025
İdman
Serenay və Mert ifadə verəcək
00:29 13.01.2025
Şou
Azərbaycan-İran sərhədində zəlzələ olub
00:11 13.01.2025
Hadisə
Neftçalada ölümlə nəticələnən qəza olub
00:03 13.01.2025
Hadisə
İsrail Azərbaycana yeni səfir təyin edib
23:56 12.01.2025
Siyasət
Zoran Milanoviç yenidən Xorvatiyanın prezidenti seçilib
23:47 12.01.2025
Siyasət
Netanyahu Baydenlə girovları müzakirə etdi
23:37 12.01.2025
Gündəm
“Qalatasaray” qələbə seriyasını davam etdirib
23:15 12.01.2025
İdman
Yanğınların səbəbi iqlim dəyişikliyi deyil - Mask
23:12 12.01.2025
Dünya
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub
23:11 12.01.2025
Hadisə
10 yaşında tanış olmuşdular! Uzun illərdən sonra ailə qurdular
22:48 12.01.2025
Şou
Türkiyə və Suriya XİN rəhbərləri Riyadda görüşüb
22:39 12.01.2025
Siyasət
Mel Gibsondan şok: Buna görə şəhəri yandırdılar!
22:30 12.01.2025
Dünya
Qara dənizdə 4,3 bal gücündə zəlzələ baş verib
22:17 12.01.2025
Hadisə
İtaliya İran vətəndaşını azad edib
22:12 12.01.2025
Dünya
Ukrayna Belqorodu vurdu - Ölənlər var
22:09 12.01.2025
Gündəm
İranda partlayış baş verdi
22:04 12.01.2025
Hadisə
İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
22:00 12.01.2025
Dünya
“Sən baş nazirsən, yoxsa bloger” sualına Nikolun cavabı
21:58 12.01.2025
Dünya