Jurnalist Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi məlumatlıdır.
Bu barədə Report-a BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O əlavə edib ki, faktın araşdırılması ilə müvafiq göstərişlər verilib: "Nəticəsi barədə əlavə məlumat veriləcək".