Jurnalistlərin həyatı necə sığortalanmalı? – İZAH

“İnsan həyatının dəyəri nə qədərdir? Müharibə zonasında istifadə olunan əksər kameralar və avadanlıqlar sığortalanıb, jurnalistlərin çoxu isə yox. Beləliklə, media holdinqlər hər partlayışdan itkisiz çıxırlar, jurnalistlər isə - ölüblərsə ailələri- əksər hallarda adi kompensasiya da ala bilmirlər”.
 Bu sözləri siyasi analitik Turab Rzayev deyib.

 Media hüquqşünası Ələsgər Məmmədli “Sherg.az”a açıqlamasında sözügedən məsələyə münasibət bildirdi:

“Müharibə zamanı həlak olan jurnalistlərə şəhid statusu verilir. Onların ailələri şəhid ailələrinın aldığı qədər kompensasiya ilə təmin olunurlar. Qaldırılan məsələ isə daha çox həyat sığortası ilə bağlıdır. Bunu işçi özü fərdi şəkildə də edə bilər, çalışdığı qurum da.

Düzdür, icbari deyil. Amma işçi, ailəsini düşünürsə, yəqin ki, bunu etməlidir. İş yerlərində əmək fəaliyyətinin sığortası zamanı bu məsələ də həllini tapa bilər.

Hər işçinin əməkhaqqından müəyyən məbləğdə vəsait tutulmasına baxmayaraq, o, əmək qabiliyyətini itirən zaman ailəsinə kompensasiya ödənir. Fikrimcə, bu, təşviq edilməlidir”.