“Ayna- Zerkalo” yenidən nəşr olunacaq? - Baş yazar açıqladı

 “Ayna- Zerkalo” qəzetləri bir vaxtların ən çox oxunan mətbuat orqanlarından idi. Qəzet obyektiv mövqeyi, təhlilləri ilə geniş oxucu auditoriyası yığmışdı. Sonradan sözügedən KİV nümunəsinin fəaliyyəti dayandı. Hazırda isə “Ayna- Zerkalo” elektron formada oxucuları ilə görüşür.
 
Qəzetin təsisçisi və baş redaktoru Elçin Şıxlı “Ayna”nın yenidən nəşrə başlayıb-başlamayacağına dair “Sherg.az”ın sualını cavablandırdı:

“Hələlik buna zəmin görmürəm. Çünki qəzet özü-özünü dolandırmalıdır. Satış sisteminin və reklam bazarının hansı vəziyyətdə olması hər kəsə məlumdur. Odur ki, əvvəlcə bu problemlər həllini tapmalıdır. Sonra “Ayna- Zerkalo”nun yenidən nəşri barədə düşünmək olar”.