"Şərq" saytını da yeniləyir - FOTOLAR

İki aylıq əziyyətin bəhrəsi sabah görünəcək

“Şərq” sabahdan etibarən yeni versiyada təqdim olunacaq”. Bu barədə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məlumat verib. Baş redaktor bildirib ki, iki aya yaxındır bu işə başlanılıb: “Şərq” in formatını, dizaynını yenilədik. Xeyli təbriklər, müsbət fikirlər aldıq. Növbə saytımıza gəlib çatdı. Bu işi görənlər “Gadimlie Studio” qrupunun gənc əməkdaşlarıdır.

Onlar saytın yenidən qurulmasını peşəkarlıqla həyata keçiriblər. Gənclərlə işləmək cox maraqlıdır, cox məlumatlar əldə etdik. Qrupun rəhbəri Emin bəylə “Şərq”in əməkdaşlığının müsbət nəticələri olacağına əminəm”.