"Xalq Cəbhəsi" qəzetinin 20 illik yubileyi ilə bağlı MŞ -da tədbir keçirilib



"Xalq Cəbhəsi" qəzetinin ilk sayının çapdan çıxmasından 20 il ötür. Qəzet ilk dəfə 2001-ci ilin 20 noyabrında işıq üzü görüb, ancaq öz yubileyini 20 noyabr – Qarakənd faciəsi ilə əlaqədar olaraq həmişə noyabrın 21-də qeyd edir.

Bu dəfə Mətbuat Şurası “Xalq Cəbhəsi” qəzetinin 20 illik yubileyini bu gün – noyabrın 30-da qeyd edib.
Bu münasibətlə Mətbuat Şurasında keçirilən tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov qəzetin baş redaktoru Elçin Mizəbəyliyə yubiley münasibəti ilə diplom təqdim edib.

Daha sonra qəzet və sayt rəhbərləri təbrik nitqləri söyləyiblər. Onlar “Xalq Cəbhəsi” qəzetinin Azərbaycan mediasındakı rolundan, qəzetin baş redaktoru Elçin Mirzəbəyliinin uğurlu fəaliyyətindən danışıblar.

Başda baş redaktor Akif Aşırlı olmaqla "Şərq" qəzeti kollektivi də “Xalq Cəbhəsi”də çalışan həmkarlarımızı təbrik edir. Fəaliyyətlərində bol və tükənməz yaradıcılıq uğurları arzu edir.