“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və MEDİA-dan  jurnalistlər üçün  TƏLİM

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Medianın İnkişafı Agentliyi ilə birgə jurnalistlər üçün “Azərbaycanın Logistika İmkanları. Real vəziyyət və prespektivlər” mövzusunda silsilə təlimə start verib. 
MEDİA-dan "Sherg.az"a verilən məlumata görə, interkativ formada keçirilən təlimin əsas məqsədi ölkəmizdə sahəvi jurnalistikanı inkişaf etdirmək, media təmsilçilərinin bu sahədə daha dolğun məlumatlanmasını təmin etməkdir.