Təbrik "hücumları"na məruz qalan Rəşad Məcid ad günündə nələri dedi?


 Bu gün  "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri  Rəşad Məcidin 59 yaşı tamam olur. 

"Sherg.az" Rəşad Məcidi ad gününü təbrik edib,  yeni yaşı ilə bağlı təəssüratlarını öyrənib. 


R.Məcid bildirib ki, ad gününü  adətən ailəsi  və nəvələri ilə qeyd edir: 

"Təmtəraqlı ad günləri  keçirmək həvəskarı deyiləm. Son illərdə doğum günüm üçün  ən surpriz və təsirli  məqamlar təbriklərlə bağlı  olur. Gözləmədiyim insanlardan aldığlm  təbriklər məni təsirləndirir. Bu gün sosial şəbəkələrdə 15-20 il bundan əvvəl etdiyim və  unutduğum yaxşılıqlar barədə müəyyən insanlar yazır. Deməli, onların həyatında bu əhəmiyyətli məqam olub. Bu il  ad günümdə Feysbuk, WhatsApp və zənglər vasitəsilə təbrik hücumuna  məruz qaldım. Bütün təbrik edənlərə təşəkkürümü bildirirəm.!  
R.Məcid  həmçinin qeyd edib ki, ən böyük arzularımdan biri  torpaqlarımızın azad edilməsi idi: 
Doğulduğum Laçının Ağoğlan kəndini, yaşadığım Ağdam və oradakı evlərimizi ziyarət edib, gördüm. Gələcəkdə bizi  işğaldan azad olunmuş torpaqlarımızda  böyük quruculuq işləri gözləyir. Eyni zamanda hər birimiz çalışmalı və fədakar olmalıyıq. Bu gün Azərbaycanı istəməyən qüvvələr var. O qüvvələrə qarşı mətbuat və ədəbiyyatımız da səfərbər olmalıdır".