Azərbaycanın ilk müstəqil hərbi qəzeti olan “Hərbi And”ın işıq üzü görməsindən 21 il ötür. Ötən müddət ərzində Azərbaycanda gənclərin hərbi vətənpərvərlik ruhunun formalaşması, Silahlı Qüvvələrimizdə gedən dinamik dəyişikliklər, ordu-cəmiyyət əlaqələrinin formalaşması, şəhid ailələrinin, qazilərin, ümumilikdə hərbçilərin problemlərinin çözülməsi bu mətbu orqanın prioritetləri olub.
"Hərbi And" qəzeti Azərbaycanın haqq savaşında, istər Aprel döyüşlərində, istər Vətən müharibəsində, istərsə də antiterror tədbirlərində daim Silahlı Qüvvələrin yanında dayanıb. Mətbu orqanda xeyli peşəkar jurnalist yetişib. Onların çoxu bugün də informasiya savaşının ön cəbhəsindədir. Müasir texnoloji çağırışlara cavab verən “Hərbi And”ın hazırda eyni adlı onlayn formatı da fəaliyyətdədir. Qeyd edək ki, "Hərbi And" qəzetinin təsisçisi və baş redaktoru “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənlidir.
PS. "Şərq" qəzeti olaraq biz də "Hərbi And"ın kollektivini fəaliyyətə başlamasının 21-ci ildönümü münasibəti ilə təbrik edir, həmkarlarımıza yeni-yeni uğurlar arzulayırıq.