Azərbaycan Mətbuat Şurasında zərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində növbəti konfrans keçirilib.
“Sherg.az” xəbər verir ki, tədbirdə jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid icra etdikləri layihənin mahiyyəti barədə məlumat verib və layihəni dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkürünü ifadə edib.
MŞ sədri bildirib ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. "Azərbaycan media landşaftı üzrə məlumat bazası" bütün bu mənzərə barədə aydın təsəvvür yaradır.
MŞ-nin icra katibliyinin əməkdaşı İlqar Tağıyev toplantı iştirakçılarını Şuranın "Presscouncil.az" saytında yaradılmış "Azərbaycanın media landşaftı" kateqoriyasında həyata keçirilmiş son yeniliklər haqqında məlumatlandırıb.
O bildirib ki, saytda l və ll Qarabağ müharibəsində vəfat edən şəhid jurnalistlər və KİV işçiləri ilə bağlı xüsusi koteqoriya yer alır.
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsinin eksperti Müşfiq Ələsgərli isə çıxış edərək layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb.
O, məlumat bazasınında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.