
Politoloq: ABŞ və Rusiya arasında danışıqlar prosesi tükənib
07:48 10.10.2025
Dünya
282
Yaxın günlərdə Ukraynanın Moskvaya güclü zərbələr endirməsi ehtimalı yüksəlib
“Rusiya ilə ABŞ arasında dialoqda ciddi fasilə yaranıb”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.Kreml sözçüsü qeyd edib ki, dialoq prosesində, (Ukrayna ilə bağlı) İstanbul danışıqlarının inkişafında ciddi fasilə yaranıb. Peskovun sözlərinə görə, Ukrayna rəhbərliyi hələ də sənədlərlə bağlı heç bir cavab verməyib: “Heç nə irəli getmir”.
Ekspertlərə görə, bu diplomatik durğunluq regionda hərbi gərginliyin daha da artmasına səbəb ola bilər.
Milli Cəbhə Partiyası sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, yaxın günlərdə Ukraynanın Rusiyanın paytaxtı Moskvaya qarşı güclü zərbələr endirməsi ehtimalı yüksəlib. O, Sherg.az-a açıqlamasında deyib ki, ABŞ və Rusiya arasında danışıqlar prosesi tükənib və Vaşinqton artıq Moskva üzərində hərbi təzyiq mərhələsinə keçid edir:

“Co Bayden Administrasiyasından fərqli olaraq Donald Trampın mövqeyi fərqli xarakter daşıyır. Əvvəlki administrasiya Rusiya ilə gərginliyin davam etməsində maraqlı görünürdü, Tramp isə konkret nəticəyə hesablanan taktika ilə prosesin uzanmamasına çalışırdı. Lakin indi D.Trampın mövqeyinin kardinal şəkildə dəyişməsində əsas səbəb isə V.Putinin geri addım atmamasıdır”.
Politoloqun fikrincə, müharibə artıq yeni mərhələyə daxil olur və Moskva yaxın zamanlarda bu reallığın fərqinə varacaq:
“Əgər Ukrayna Moskvadakı strateji obyektlərə zərbələr endirərsə, bu, Kremlin qapısının döyüldüyü anlamına gələcək. O zaman Rusiya rəhbərliyi başa düşəcək ki, müharibə artıq yalnız Ukrayna ərazisində deyil, birbaşa Rusiyanın daxilində hiss olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya