ARB-nin Feysbuk uğuru: Teleşirkət daha böyük auditoriyaya çatacaq
13:59 17.01.2020
Media
1868
Feysbuk sosial şəbəkəsi ARB telakanalının rəsmi səhifəsini təsdiqləyib. Şirkətin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimlinin sözlərinə görə, televiziya kanalları içərisində bu, bir ilkdir “Facebook tərəfindən ilk təsdiqlənən televiziya olduğumuz üçün qürur hissi keçiririk. Qısa müddət ərzində biz bunu bacardıq. Bizi izləyən, bizə dəyər verən hər kəsə təşəkkürlərimizi bildiririk”.
Ekspert Ələsgər Məmmədli Sherg.az-a deyib ki, tamaşaçılarla ünsiyyət baxımından şirkətin rəsmi Feysbuk səhifəsinin tanınması xüsusi əhəmiyyətə malikdir:
“Təbii ki, bu ARB üçün uğurdur. Teleşirkət bundan sonra daha böyük auditoriyaya çatmaq imkanı əldə edəcək. Lakin burada əlahiddə bir imkan yoxdur. Yəni nəinki ARB, heç bir şirkət Facebookun kodekslərindən, qaydalarından kənara çıxara bilməz. Başqa sözlə desək, şirkətin Feysbukdakı bütün fəaliyyəti daxili qanunlara uyğun olmalıdır. Ola bilər ki, bundan sonra digər kanalların da rəsmi Feysbuk səhifəsi yaransın. Hər halda müasir dövr də bunu tələb edir”.
Haker hücumları zamanı və yaxud da hansısa səbəbdən səhifə bağlandıqda, rəsmiləşmənin nə dərəcədə önəmli olduğuna gəldikdə isə mütəxəssis qeyd edib ki, müxtəlif fiziki və hüquqi şəxslərin təsis etdiyi sosial şəbəkə hesabları mövcud standartlara cavab verdiyi müddət ərzində onların bağlanma ehtimalı çox aşağıdır:
“Dediyim kimi, Facebookun öz daxili qaydaları var. Bu kodekslərin hər biri etik normalar üzərində qurulub. İstifadəçi həmin qaydaları pozmadıqca hesabın bağlanma ehtimalı demək olar yoxdur. Bu, yalnız bir istisna halda - başqa istifadəçilərin şikayətləri əsasında ola bilər. Ümumiyyətlə, bu cür hallarda adətən səhifə tamamilə bağlanmır, onun sadəcə imkanları məhdudlaşır. Məsələn, ola bilsin ki, istidəçi post yaza bilmir, foto paylaşa bilmir və s. Bu kimi hallarda Feysbuk şirkətinin özünə müraciət etmək lazımdır. Düşünürəm ki, ARB teleşirkəti qanun pozuntularına yol vermədən Feysbukdakı rəsmi səhifəsindən öz auditoriyası ilə daha keyfiyyətli ünsiyyət qurmaq üçün istifadə edəcək”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə