Baş Prokurorluqdan bu sayta xəbərdarlıq edildi: Ciddi tədbir görüləcək
14:37 18.01.2020
Media
2108
Baş Prokurorluqda aparılmış araşdırmalarla “oxu24.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmaqla Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə ətraflı məlumatlar verilməsinə, eləcə də sensasiya naminə reallığı əks etdirməyən məlumatların yayılmaması məqsədilə aidiyyəti qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirmələrin aparılması tələb edilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif başlıqlı məqalələrdə, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, istintaq araşdırmalarının maraqlarına zidd olmaqla cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən yalan məlumatların, həmçinin yayılması qanunla qadağan edilməklə ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların məqsədli şəkildə yayılması müəyyən edilib.
Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilənlərlə əlaqədar saytın təsisçisi və baş direktoru Mircəlal Məcidov Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə