“Türk Dünyası” adlı ilk rəqəmsal layihə təqdim olunub - FOTOLAR
12:34 24.05.2021
Media
568
May 25-də Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”un birgə yaratdığı “TURKİC.World” (Türk Dünyası) adlı ilk rəqəmsal layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verib ki, təqdimatda çıxış edən Trend İnformasiya Agentliyinin nümayəndəsi Sahil Kərimli bu il fevralın 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiqlədiyini qeyd edib. O bildirib : “Memorandumun hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması olub.
Səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, bir sıra dövlət və media qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirilib, ortaq media platformasının qurulması yolları müzakirə olunub.
Eyni zamanda, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində lazımi işlərin görüldüyü bildirilib. Həmçinin ölkəmizin türkdilli dövlətlərlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi hazırladığı qeyd olunub. Bununla yanaşı, tədbir zamanı İnformasiya və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinin qarşıda duran prioritet istiqamətlərdən biri olduğu vurğulanıb.
Diqqətə çatdırılıb ki, türkdilli ölkələr arasında əlaqələrin dərinləşməsi həm Prezident İlham Əliyevin, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də digər türkdilli ölkələrin rəhbərlərinin diqqət mərkəzindədir. Bu qardaş ölkələr arasında həyatın bir çox sahələrində münasibətlərin daha da inkişaf etdirilməsi üçün ortaq media platformasının yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunanları nəzərə alaraq, türkdilli ölkələr arasında ortaq media platformasının yaradılması ideyasına öz töhfəmizi vermək qərarına gəldik. Bu məqsədlə bu gün Trend İnformasiya Agentliyi Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal layihəni (https://turkic.world) təqdim edir”.
S.Kərimli qeyd edib ki, ilk dəfə həyata keçirilən layihənin məqsədi türkdilli ölkələrin ortaq tarixi, dini, mədəni və dil dəyərlərini əsas götürərək, türk dünyasının ortaq kommunikasiya platformasını yaratmaq və kontenti birbaşa informasiya mənbəyinə çevirməkdir. Nadir proqram təminatı layihənin daha da təkmilləşməsinə və yaradılan rəqəmsal platformaya digər türkdilli ölkələrin də media qurumlarının qoşulmasına imkan verir.
Qeyd olunub ki, rəqəmsal platformanın mobil versiyası da mövcuddur. Mobil versiya gələcəkdə bütün platformanın inkişafının və təkmilləşməsinin əsasını təşkil edəcək. Eyni zamanda, nadir proqram təminatı sayəsində gələcəkdə türkdilli ölkələrin media qurumları öz ölkələri ilə bağlı xəbərləri rus, ingilis və digər dillərdə sayta yerləşdirə biləcəklər.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial