Türkiyəli jurnalist: "Ermənilərin dezinformasiyaları puç oldu”
Banuçiçək Kalbalıyeva
08:42 14.05.2021
Media
1197
Bu günlərdə Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şuşada oldular, “Xarı bülbül” musiqi festivalında iştirak etdilər. Bu, düşmənə göz dağı idi. Bir vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan kimi sərsəm bəyanatlar səsləndirən həyat yoldaşı Anna Akopyan da indi başa düşdü ki, danışmaqla deyil…Dünyada haqq-ədalət var. Və o, həmişə öz sözünü deyir. Şuşadan çəkilən kadrlar, əlbəttə, qardaş türkiyəliləri də sevindirdi. Türkiyəli jurnalist Aytekin Polatel Azərbaycanın qazandığı zəfər barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Azərbaycanda baş verənlər barədə internet saytlarından və televiziya kanallarından məlumat alırdım. Məlum olduğu kimi, Qarabağda illərdir ki, işğal hökm sürüdü. Bu müharibədə həmin işğalı dünya ictimaiyyətinə çatdırmaq çox vacib idi. Beləliklə, həm azərbaycanlı, həm də türkiyəli jurnalistlər birlikdə çalışdılar və kimin haqlı olduğunu, ədalətin harda olduğunu hər kəsə göstərdilər. Haqqımız olan torpaqların yenidən Azərbaycanın sərhədlərinə daxil olması bütün türk dünyası üçün böyük qürurdur. Biz əsrlərdir qardaşıq və bu qardaşlıq davam edəcək. Qardaşlığımız dosta güvən, düşmənə qorxu verir. Azərbaycan və Türkiyə ətlə dırnaq kimidir. Bu iki dövləti bir-birindən ayırmaq mümkünsüzdür”.
O, həmçinin informasiya müharibəsi barədə fikirlərini də bölüşdü:
“Biz öz fəaliyyətimizlə daim Azərbaycanın haqlılığını isbatlamağa çalışdıq. Bunu həm qəzetlərdə, həm televiziya kanallarında, həm də saytlar və sosial şəbəkələrdə “Savaşınız savaşımızdır” başlıqları ilə etdik. Türkiyə və Azərbaycan çox çətin relyefdə yerləşən iki qardaşdı. Biz bu coğrafi mövqedə əsrlər boyu yaşadıq və yenə yaşayacağıq. Bu mənada hər cəhətdən ortaq hərəkət etməyə ehtiyacımız var. Deməli, qarşılıqlı və birgə informasiya axınını təmmin edən ortaq platforma da yaradılmalıdır. Bilirik ki, hərb cəbhəsində qələbə qazanmaq üçün əsgərlər canlarından keçirlər. İnformasiya cəbhəsi də belədir. Qalib gəlməkdən ötrü birgə fəaliyyət göstərmək daha yaxşıdır. Məlum olduğu kimi, Ermənistan bu dövrdə saxta xəbərlər yayırdı. Türkiyə və Azərbaycan mediası isə sözügedən təxribata qarşı çox yaxşı müqavimət göstərdi. Beləliklə, dezinformasiyalar puç oldu”.
Oxşar xəbərlər
Hakan Kılıç: Azərbaycan və Türkiyə mediası manipulyasiyalara qarşı diqqətli olmalıdır
13:57 06.08.2026
Media məqsədləri üçün materialların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada olacaq
13:57 04.08.2026
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə