TV-lərdə islahata ehtiyac var: Bədii şuralar normal işləsəydi…
Turan
14:13 14.01.2020
Media
895
“Telekanalların əksəriyyətində Bədii Şuralar var. Uzun illərdən bəri telekanallara ayaq döyən adam kimi bu qurumların formal fəaliyyət göstərdiyini deyə bilərəm”. Bunu Sherg.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.
JAM sədri bildirib ki, islahat dalğası teleməkana da çatmalıdır:
“Əgər telekanallarda normal Bədii Şura olsaydı, heç bir müğənni cürət edib efirə çılpaq çıxmazdı. Şuralar öz funksiyalarını qüsursuz yerinə yetirsəydi, ləhcə ilə danışan aparıcılar efirdə at oynatmazdılar. BŞ üzvləri bəzi aparıcıların vətəndaşlarla müstəntiq kimi davrandıqlarını görmürlər? Onlar qadını pencək kimi dəyişən məişət pozğunlarının efirdə əxlaq dərsi keçməyinə niyə göz yumurlar? Əgər Bədii Şuralar varsa, üç-beş manatlıq aktyorların iştirakı ilə çəkilən düşük seriallar efirlərə necə yol tapır? Bu sualların cavabı açıq qaldığı üçün mən Bədii Şuraların telekanalların yayın siyasətinə ciddə təsir etdiyini düşünmürəm”.
S.Verdizadə vurğulayıb ki, telekanallarda müəyyən keyfiyyət dəyişikliyini inkar etmək olmaz:
“Amma bu dəyişikliklər Bədii Şura üzvlərinin üstün zəkasının nəticəsi deyil, zamanın tələbidir. İnformasiya təhlükəsizliyimiz təhdid altındadır. Tamaşaçıların böyük əksəriyyəti Azərbaycan teleməkanından üz döndərib. Yerli telekanallar rəqabətdə Rusiya və Türkiyə televiziyalarına uduzur. Buna görə də telekanal rəhbərləri daha maraqlı, nisbətən səviyyəli verilişlərin hazırlanmasının qeydinə qalırlar. Müsbət dəyişikliklər İTV-də özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. AzTV isə gülüş hədəfinə çevrildiyi dövrü arxada qoya bilib. İndi bu telekanalların hər ikisində bir neçə maraqlı, səviyyəli veriliş izləmək mümkündür. Belə demək mümkündürsə, bu telekanallarda həyata keçirilən kadr dəyişikliyi təsirsiz ötüşməyib”.
Jurnalist vurğulayıb ki, tamaşaçının zövqünü oxşayan verilişlər hazırlamağın vaxtı çatıb:
“Bunun üçün azad yaradıcı mühit olmalıdır. Tamaşaçıların Azərbaycan televiziyalarına olan inamını geri qaytarmaq lazımdır. Bunu üçün tamaşaçının inandığı adamları efirə çıxarmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili Kabo-Verde millisinə azarkeşlik edir
14:21 26.06.2026
Gündəm
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
14:17 26.06.2026
Futbol
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
13:43 26.06.2026
Gündəm
Obamadan Trampa: Onun zehnində mənə məxsus bir otaq var
13:27 26.06.2026
Gündəm
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
13:11 26.06.2026
Ekologiya
Ermənistan xalqının səslərini ləğv etmək qeyri-mümkündür - ŞƏRH
12:38 26.06.2026
Gündəm
Alimlər kökün ömrü uzatdığını sübut etdilər
12:19 26.06.2026
Sağlamlıq
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
12:05 26.06.2026
Dünya
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
12:01 26.06.2026
Hadisə
Polis paytaxt və bölgələrdə qanunsuz saxlanılan silahlar aşkarladı
11:49 26.06.2026
Hadisə
KİV: Alen Simonyan Ermənistan prezidenti postuna gətirilə bilərmi?
11:01 26.06.2026
Region
Sumqayıt bulvarında hərbi qulluqçuların yürüşü keçirilib
10:54 26.06.2026
Hərbi
Venesuelada ölənlərin sayı 235-ə çatdı
10:51 26.06.2026
Dünya
İtkin düşən altı nəfər tapıldı
10:39 26.06.2026
Hadisə