Paşinyanın AB sevdası fırıldaqdır – Marukyan
08:39 09.04.2025
Müsahibə
986
Ermənistanın Avropa Birliyinə (AB) üzvlük prosesinə başlamaq haqqında qanun layihəsi hakimiyyətinin siyasi fırıldağından başqa bir şey deyil.
Axar.az xəbər verir ki, bu fikri İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan deyib.
Marukyanın sözlərinə görə, əgər hakimiyyətin doğrudan da Avropa Birliyinə doğru yönəlmək niyyəti olsaydı, ilk növbədə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bəyan edib, AB-yə üzv olmaq üçün rəsmi müraciət edərdi:
“Bütün bunlar sırf daxili siyasi oyunlar çərçivəsində həyata keçirilir – seçici cəlb etmək, səs toplamaq üçün. Onların Avropa prosesləri ilə nə ideoloji, nə də dəyər baxımından əlaqələri var. Sadəcə xalqı aldadırlar: guya bizi seçsəniz, sizi AB-yə aparacağıq”.
O əlavə edib ki, hakimiyyət bəzən öz vətəndaşlarını aldatmağa nail olsa da, Avropa Birliyi ilə bu cür fəndlər işləmir:
“Bu isə bir sıra amillərlə sübut olunur. Ən əsas göstəricilərdən biri – Ermənistan parlamentinin qanun layihəsini qəbul etməsinə AB-nin yüksək səviyyəli nümayəndələri tərəfindən heç bir rəsmi reaksiya verilməməsidir. Nə Avropa Komissiyasının rəhbəri, nə Avropa Şurasının sədri, nə də AB-nin xarici siyasət üzrə rəhbəri bu sənədi dəstəkləyən və ya təsdiqləyən bəyanatla çıxış edib.
Əgər Aİİ və KTMT-yə üzv olan postsovet ölkəsi bu cür qanun qəbul edirsə, AB-nin bunu alqışlaması, hətta Ermənistana nümayəndə heyəti göndərməsi gözlənilən olardı. Amma belə bir şey baş vermədi, çünki Brüsseldə çox yaxşı anlayırlar ki, söhbət siyasi tamaşadan gedir”.
Bundan başqa, Marukyan xatırladıb ki, AB heç vaxt Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan etməyib, lakin ölkədə AB-nin guya Ermənistana təhlükəsizlik təklif etdiyi haqqında ritorika fəal şəkildə təşviq olunur:
“Təəssüf ki, AB-yə üzvlüyü dəstəkləyən bir çox vətəndaş əsas səbəb kimi təhlükəsizliyi göstərir. Bu isə o deməkdir ki, onlar aldadılıb. Onlara izah etməyiblər ki, AB təhlükəsizlik təmin etmir, sadəcə ondan istifadə edir – ilk növbədə ABŞ-dan. İndi isə Tramp qayıdıb və artıq bildirib ki, o bu “təhlükəsizlik çətirini” bağlamaq niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya