Psixoloq təəccübünü gizlətmir:“Sosial şəbəkələrlə bağlı problem daha dərindir” - MÜSAHİBƏ
Banuçiçək Kalbalıyeva
13:19 12.03.2020
Müsahibə
3111
“Elə insanlar var, az qala, sosial şəbəkədə hesabat verirlər”
“İndi yas mərasimlərində hərə bir boşqab aş yeyib dağılışır. Ona görə də insanlar öz kədərlərini bölüşmək üçün sosial platformada mərhumun fotosunu paylaşırlar”
“Real ünsiyyət unudulur, virtual münasibətə üstünlük verilir”
XXI əsrin ən böyük kəşflərindən biri də, sözsüz ki, sosial şəbəkələrdir. İndi, demək olar, hər kəs müxtəlif sosial şəbəkə platformasından istifadə edir. Əsas fəaliyyət gündəlik baş verən hadisələri mətn və ya foto vasitəsilə digərləri ilə bölüşməkdən ibarətdir. Bəzən hətta özümüzdən asılı olmayaraq şəxsi məsələlələr bağlı heç tanımadığımız insanlara məlumat veririk. Bununla yanaşı, əzizlərinin vəfatı xəbərini yaymağı, baş daşı ilə şəkil çəkib paylaşmağı, az qala, özlərinə borc bilənlər də var. Nədir insanları buna məcbur edən? Texnologiyanın gətirdiyi yenilik, yoxsa daxili tələbat, ziddiyyət? Məsələyə aydınlıq gətirmək üçün tanınmış psixoloq Azad İsazadə ilə həmsöhbət olduq:
-Niyə bəzi insanlar bütün yaşadıqlarını sosial şəbəkələrdə paylaşmağa üstünlük verirlər?
-Bu, vərdişdir. Və heç də yaxşı hal deyil. Ola bilsin, müasir dövr bunu tələb edir. Amma mən keçən əsrin adamı olduğuma görə təəccüblənirəm. Elə insanlar var, az qala, sosial şəbəkədə hesabat verirlər. Heç kimə sirr deyil ki, bahalı maşının yanında, ya da hansısa lüks villanın qarşısında foto çəkib paylaşmaqla onu əldə etmirik. Deməli, problem maddiyatda yox, daha dərin məqamlardadır. Ancaq sosial şəbəkələrdən istifadə etməyənlər, ya da “hesabat”a ehtiyac duymayan istifadəçilər də var.
-Son vaxtlar qəribə bir tendensiya formalaşıb. Əzizlərini itirən insanlar bu barədə yazır, mərhumun dəfnini, fotosunu, ya da baş daşı ilə şəkil paylaşırlar...
-Bu, bir tərəfdən texnologiyanın verdiyi imkanlarla bağlıdırsa, digər tərəfdən insanların daxili tələbatı ilə əlaqədardır. Əvvəllər belə hallarda insanlar bir-birilərinə daha çox dəstək verirdilər. Əzizini itirənə həm maddi, həm mənəvi kömək göstərilirdi. İndi isə hərə bir boşqab aş yeyib dağılışır. Ona görə də insanlar öz kədərlərini bölüşmək üçün bu “üsul”dan istifadə edirlər.
-Bəs bunun nəticəsi nə olacaq?
-Düzdür, müsbət hal deyil. Amma faciə kimi qiymətləndirmək də olmaz. Hər halda dövrlər, tələblər dəyişir. Ən böyük problem ondan ibarətdir ki, insanlar real ünsiyyəti unudur, virtual münasibətə üstünlük verirlər.
-Problemin həlli üçün nə etməliyik?
-Buna vaxt lazımdır. İnsanlar başa düşməlidirlər ki, onlara təqdim edilən hər imkandan istifadə etməli deyillər. Bəlkə də, bir az kobud səslənəcək, amma bu, görməmişlik kimi bir şeydir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya