Rusiya- Ukrayna müharibəsinə dair sensasion iddia: “Böyük qan hesabına hakimiyyət devriləcək”
Yusif Nəzərli
09:11 01.03.2022
Müsahibə
2531
Rusiya ilə Ukrayna arasında müharibənin artıq altıncı günüdür. Dünən tərəflər arasında danışıqlar olsa da, verilən açıqlamalardan belə məlum olur ki, müzakirələr uğursuz keçib: nə Rusiyanın maraqları təmin olunub, nə də Ukraynanın. Deməli, hərbi əməliyyatlar ən azı daha bir neçə gün davam edəcək. Sonrası isə hələlim qeyri- müəyyəndir. Görünür, elə Moskva ilə Kiyev də "Sonunu düşünən qəhrəman olmaz" prinsipi ilə hərəkət edirlər. Əks halda daha konstruktiv mövqelərin şahidi ola bilərdik.
Moskvada yaşayan soydaşımız, politoloq, jurnalist Anar Həsənovla müsahibəmizdə "kim qəhrəman olacaq?" sualına cavab tapmağa çalışdıq.
- Hazırda Rusiyada ictimai rəy necədir?
- İnsanlar həyəcan içindədirlər. Sakinlər bank hesabında olan pullarını çətinliklə nəğdləşdirə bilir, banklar limitlə işləyir. Əksəriyyət bank hesabındakı pula nəsə alır ki, buna da səbəb rublun ucuzlaşmasıdır. Rusiyalılar 2014- cü il kampaniyasından fərqli olaraq, hazırda Prezidenti dəstəkləmir. Və onu dəstəkləməyənlər təkcə demokratik düşüncəli təbəqə deyil.
- Rusiya ilə Ukrayna arasında bu cür geniş miqyaslı hərbi toqquşmanı təxmin edirsiz?
- Yox. Biz düşünürdük ki, güllə lülədə olanda daha təhlükəlidir. Putin isə fərqli düşündüyünü nümayiş etdirir.
- Kreml təzyiqlərlə üzləşəcəyini bildiyi halda bu savaşa niyə getdi?
- Putini təzyiqlərdən daha çox ildırım sürətli qələbə düşündürürdü. Lakin bu, baş vermədi. Blits-kriq baş verdiyi təqdirdə təzyiqlərı və onun acı nəticələrini daxili resurslar hesabına ört basdır etmək mümkün idi.
- İmkan var ikən Ukrayna NATO- ya üzvlükdən imtina etsə idi, proseslər necə dəyişərdi?
- Nə Ukrayna NATO ya üzvlükdən imtina etdi, nə NATO Rusiyanın tələblərini eşitdi. Digər tərəfdən, bu müharibə sistemlərin müharibəsidir. Putin qonşuluqdakı demokratik rejimləri Rusiya dövlətçiliyi üçün maneə sayır. O sarıdan monomərkəzli hakimiyyəti qurmaqla indi qurduğu sistemdən asılı vəziyyətə düşüb. Normal demokratik ölkələrdə olan dövlət instansiyalarının hır biri Rusiyada olsa da, onlar disfunksionaldır, məzmunsuzdur, imitasiyadır.
- Danışıqların nəticəsi barədə nə düşünürsüz?
- Ukrayna xalqı sona qədər döyüşmək yolunu tutub. Rusiya isə geri çəkilmək fikrində deyil. Türkiyənin təşəbbüsləri bilgisayar arxasında “müharibəyə yox” deyən anonimləri xatırladır. Bu gün Rusiyanı Ukraynada nə sanksiyalar, nə beynəlmiləl briqadalar, nə yerli özünümüdafiə, nə də ordu məğlub edə bilməyəcək. Böyük qan hesabına Ukraynada hakimiyyət devriləcək. Rusiya daxilində prosesi ancaq 6 rəqəmli siyasi aksiyalar dəyişə bilər. Biz isə hələlik 4 rəqəmli kütləvi aksiyaları görürük ki, bu, 1 milyona yaxın jandarmı olan dövət üçün maneə deyil. Ukraynada isə Zelenski ümumxalq lideri səviyyəsinə yüksəlib.
- Proseslərin inkişafı barədə nə düşünürsüz?
- Rusiya hətta on günə də Macarıstan sərhədinə çıxa bilməyəcək. Deməli, "B" ssenarisi işə salınacaq, yəni Kiyev daxil olmaqla, Şərqi Ukrayna əyalətləri nəzarətə götürüləcək, sonra Moskva ilə təmasda olan qüvvələr hakimiyyətə gətiriləcək və ölkənin müqavimət göstərən hissəsində uzunmüddətli kontr-terror əməliyyatlarına start veriləcək. Beləliklə, Ukraynada “Çeçenistanlaşma” prosesini müşahidə edəcəyik. Ukrayna meqa Çeçenistana çevriləcək.
- Müharibə Cənubi Qafqaz regionuna necə təsir edəcək?
- Hazırda baş verənlər cəbhədəki duruma təsir göstərməyəcək. Rusiya sülhməramlıları Qarabağda olduğu müddətcə Azərbaycan antiterror əməliyatlarına başlamayacaq. Nəqliyyat dəhlizinın bərpası, delimitasiya və demarkasiya prosesinə başlandıqdan sonra Qarabağdakı silahlı birləşmələr ləğv ediləcək. 2025- ci ildən etibarən Qarabağa kütləvi qayıdışı müşahidə edəcəyik. 2030- cu ildə isə rusiyalılar Qarabağı tərk edəcək. Rusiya müttəfiqi olan dövlətlərin ərazisində sabitliyin tərəfdarıdır. Yetər ki, Orta Asiyaya nəzər yetirəsiniz. Azərbaycana müttəfiq dövlət kimi tam suverenliyinin bərpası üçün şərait yaradılacaq. Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya ordusunun zəiflədiyini düşünmək qeyri- ciddidir. Səhv hesablamalar və boşluqlar var, amma hərbi uğur da az deyil.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol