Təklif: “Parlament sülhməramlılarla bağlı sənəd qəbul etsin” – Qarabağa silah daşınır !
Banuçiçək Kalbalıyeva
09:06 19.03.2021
Müsahibə
951
“Həmin sənəddə isə Rusiya sülhməramlılarının hüquq və vəzifələri açıq şəkildə göstərilməlidir”
Qarabağa silah və quldur dəstələr daşınır, Sülhməramlılar nəzarət etmir. Buna Kreml cavabdehdir”
“Hərtərəfli həlli olmadan gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinə zərər verə biləcək proseslər meydana çıxacaq”
Qarabağdakı sülhməramlılarla bağlı narazılıqlar getdikcə artmaqdadır. Bunun səbəbkarı isə elə onlar özləridir. Belə ki, onlar üçün xüsusi şəhərciyin tikilməsindən “xoş hal” olan rus hərbçiləri lap “ayaqlarını ayaqlarının üstünə aşırmağa” qərar veriblər. Statusları ilə fəaliyyətləri üstə- üstə düşməyən əsgərlər gərək bu ikisindən birini dəyişsinlər. Ya da birdəfəlik torpaqlarımızdan çıxsınlar. Onsuz da sabitliyi təmin etməyi bacarmadılar. Daha dəqiq desək, sülh üçün nəsə etmədilər.
Rusiyada yaşayan soydaşımız, texnika elmləri doktoru, professor Kamran Rüstəmov bu barədə “Sherg.az”a danışarkən bildirib ki, sülhməramlıların fəaliyyətinə ciddi nəzarət lazımdır:
“Respublika parlamenti səviyyəsində Rusiyanın sülhməramlı qüvvələrinin statusunu təyin edən sənəd qəbul edilməlidir. Azərbaycanda bəzi politoloqların BMT-nin belə bir sənədinin olması barədə savadsız ifadələri tənqidlərə tab gətirmir. Bu, BMT Təhlükəsizlik Şurasının qərarı ilə müəyyən bir ölkəyə gətirilən sülhməramlılara aiddir.
Parlament sənədində isə Rusiya sülhməramlılarının hüquq və vəzifələri açıq şəkildə göstərilməlidir. Bu, onların Azərbaycan ərazisindəki bəzi hərəkətlərinin müxtəlif cür şərh edilməsinə imkan verməyəcək.
Qarabağ ərazisinə kimlər gəlir, nə gətirir, hansı ölkənin vətəndaşlarıdır, gəlişinin məqsədi və s. kimi məqamlar sözügedən missiyanın yerinə yetirilməsnə ciddi zərbə vura bilər.
Sülhməramlıların “çətiri” altında müxtəlif quldur birləşmələrinin təxribatçı hərəkətləri üçün qüvvələr toplaması yaxşı hal deyil. Bir neçə aydır bu qanunsuz silahlı dəstələri kimin tərksilah edəcəyini, qanunsuz silahlı qrupların tərksilah prosesinin həyata keçirilməsinə kimin nəzarət edəcəyini yazıram. Müxtəlif mənbələrə görə, sülhməramlılar Qarabağ ərazisinə silah idxalına nəzarət etmirlər”.
Professorun fikrincə, Moskva da məsələyə həssas yanaşmalıdır:
“Dediyim kimi, yaradılan Monitorinq Mərkəzi həmin nəzarəti həyata keçirə bilmir. Ərazidə baş verən qanunsuz prosesləri kontrolda saxlamaqdan ötrü təsirli mexanizmlər yaratmaq lazımdır.
Şər əməllərin və bütün qanunsuzluğun əsas daşıyıcısı "Artsax respublikasının" “qurumları" dır! Bunlar tamamilə dağıdılmalıdır. Bütün güc müvəqqəti olaraq hərbi strukturlara verilməlidir.
Əgər Azərbaycan Rusiya sülhməramlılarının ölkənin Qarabağ ərazisində fəaliyyətin razılıq vermişdisə, deməli, burada Azərbaycan qanunlarına riayət edilməsinə görə Kreml cavabdeh olmalıdır.
Bütün bu məsələlərin birlikdə, hərtərəfli həlli olmadan gələcəkdə Rusiya-Azərbaycan münasibətlərinə zərər verə biləcək proseslər meydana çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks