
Tramp yeni müharibə istəmir: Tərəflərin müəyyən şərtlərlə razılıq əldə etməsi mümkündür
10:06 29.05.2025
Müsahibə
530
CNN-in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında uzun müddətdir davam edən nüvə danışıqları razılaşma mərhələsinə çatıb. Bildirilir ki, tərəflər yaxın vaxtlarda keçiriləcək növbəti görüşdə hərtərəfli nüvə sazişini imzalaya bilərlər.
Qeyd olunur ki, danışıqların əsas məqsədi İranın uranı yüksək səviyyədə zənginləşdirməsini dayandırmaq və bölgədə nüvə silahı təhlükəsini minimuma endirməkdir. Vaşinqton İranın nüvə proqramının hərbi məqsədlər üçün istifadə olunmamasını təmin etməyə çalışır. İran isə proqramının yalnız mülki və enerji məqsədlərinə xidmət etdiyini bildirir.
Sonuncu görüş mayın 23-də Romada baş tutub və bu, iki ölkə nümayəndələrinin bu il ərzində apardığı beşinci birbaşa danışıqlar olub. Danışıqlarda vasitəçi rolunu Oman Krallığı oynayıb. Oman uzun illərdir İranla Qərb arasında körpü rolunu oynayan neytral vasitəçi kimi çıxış edir.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, ABŞ və İran arasında aparılan danışıqların uzanmasının əsas səbəbi Vaşinqtonun qəti tələbləridir:

"ABŞ açıq şəkildə bildirir ki, İran nüvə silahı əldə edə bilməz. Bunun üçün isə nüvənin zənginləşdirilməsi prosesi dayandırılmalıdır. Lakin Tehran bu tələbi qəbul etmir. İran israrla nüvə proqramının yalnız mülki məqsədlərlə həyata keçirildiyini bildirir və zənginləşdirmədən imtina etməyə hazır olmadığını vurğulayır. Hazırda İranda zənginləşdirilmiş uranın səviyyəsi 80-90 faiz arasındadır. Vaşinqton isə bu materialların ölkədən çıxarılmasını və ya mülki məqsədlərlə istifadəsini, eyni zamanda gələcəkdə zənginləşdirmədən tamamilə imtina olunmasını təklif edir. Hazırda Tehran bu şərtlərlə razılaşmır.
Buna baxmayaraq, tərəflərin müəyyən şərtlərlə razılıq əldə etməsi mümkündür. Belə ki, ABŞ dondurulmuş vəsaitlərin İrana qaytarılmasını və bəzi sanksiyaların aradan qaldırılmasını təklif edir. Əvəzində İranın ən azı bir il müddətinə uranın zənginləşdirilməsi prosesini tamamilə dayandırması tələb olunur. Bu razılaşma gələcəkdə problemin tam həllinə yol aça bilər".
Politoloqun fikrincə, Donald Tramp yeni müharibə istəmir:
"ABŞ üçün yeni hərbi münaqişə və artan hərbi xərclər arzuolunan deyil. Odur ki, diplomatik razılaşma həm nüvə silahının qarşısının alınması, həm də İran-ABŞ arasında hərbi toqquşma ehtimalının sıfıra endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya