Türkiyəli jurnalistdən xəbərdarlıq: “Aramızı vurmaq istəyənlər olacaq” – Hazır olaq !
Banuçiçək Kalbalıyeva
09:55 30.03.2021
Müsahibə
774
“Biz onsuz da qardaşıq.. Fəqət, həm Türkiyə, həm də Azərbaycan güclü dövlətdir”
“Biz düşmənə layiqli cavab vermək əzmindəyik. Sadəcə bunun üçün ortaq məqsədlər olmalıdır”
“Fikrimcə, iki qardaş dövlətin sülh və sabitlik arzusu regionda iqtisadi, mədəni əməkdaşlığı gücləndirəcək”
Qardaş Türkiyə Vətən müharibəsinin ilk günündən etibarən bütün cəbhələrdə yanımızda oldu. Onlar bizə mənəvi dəstək verməklə kifayətlənmədilər. Həm də diplomatiyada, informasiya müharibəsində səylərini əsirgəmədilər. Xüsusilə jurnalistlərin rolu danılmaz idi. Əlbəttə, bütün media işçilərinin Azərbaycana gəlməsi mümkün deyildi. Lakin hər birinin, o cümlədən də Didem Ünsalın duaları bizlərlə idi. Türkiyəli soydaşımızın “Sherg.az”a bilits müsahibəsi onun “iki dövlət, bir millət” prinsipinə sadiqliyinin təzahürüdür:
-Tarixi qələbəmizi necə qiymətləndirirsiniz?
- Əlbəttə, bu, Türkün zəfəridir. Atatürkün söylədiyi kimi, “Türkəm” deyən xoşbəxtdir. Prezident İlham Əliyevin möhtəşəm qələbə nitqini həyəcanla, qürurla izləyirdik. Müharibə olmasa daha yaxşı olardı, amma Ermənistan təxribatları ilə bu savaşa da, məğlubiyyətə də layiq olduğunu göstərdi.
- Ölkəmizdəki hadisələri haradan izləyirdiniz?
- Xəbərlərə də baxırdım. Lakin daha çox sosial mediadan, xüsusilə Twitterdən izləməyə çalışırdım.
- Bildiyiniz kimi, 44 günlük hərbi əməliyyatlar dövründə türkiyəli jurnalistlər də Aəzrbaycanda oldular. Bunu əhəmiyyətini nədə görürsünüz?
- Sözsüz ki, belə bir təşəbbüs vacib idi. Hətta simvolik olsa, belə. Şəxsən həmkarlarımızın qardaş azərbaycanlılara dəstək olmasından qürur duydum. Amma orada olmaq hələ hər şey demək deyil. Əsas məsələ xəbərçilik prosesinin necə yerinə yetirilməsindədir.
- Savaş müddətində Türkiyə mediasının fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Ermənistanı dəstəkləyəsi deyildik. Bu, şübhəsizdir. Lakin informasiya siyasətindən, tipologiyasından, quruluşundan asılı olaraq müxtəlif orqanlar məsələyə fərqli prizmalardan yanaşa bilərlər. Qarabağ məsələsinə hansısa biri az , hansısa biri çox yer verə bilər. Bu, təbiidir.
- Belə fors-major hadisələr zamanı informasiya müharibəsinə dair nə deyə bilərsiniz?
- İnformasiya savaşında qalib tərəf doğrunu deyəndir. Amma əslində indi “informasiya müharibəsi” deyilən bir anlayış yoxdur. Bütün qəzetlərin manşeti eynidirsə, hər qələmdən, az qala, eyni yazı çıxırsa, hansı informasiya müharibəsindən söhbət gedə bilər?
- Elə isə işi-gücü ancaq dezinformasiya istehsal edən ermənilərə necə cavab verilməlidir?
- Onlara sadəcə qələmlə, peşəkarcasına cavab vermək lazımdır. Düstur sadədir: hər şey olduğu kimi yazılmalıdır. Və yazılanları olduğu kimi ictimailəşdirən müstəqil media olmalıdır. Beləliklə, düşmənə konkret cavab verərək ona qalib gəlmək mümkündür.
- Azərbaycan- Türkiyə ortaq media platformasının yaradılması barədə nə deyə bilərsiniz?
- Dəstəkləyirəm, lakin bu, iki şirkətin birləşməsi kimi olmamalıdır. İnformasiya spesifik əmtəədir. Ona görə ona yanaşma da xüsusi meyarlar, o cümlədən həssaslıq tələb edir.
- Sizcə, bundan sonra xüsusilə Azərbaycan Türkiyə qardaşlığı ilə əlaqədar regionda nələr dəyişəcək?
- Biz onsuz da qardaşıq. Aramızı vurmaq istəyənlər olacaq. Fəqət, həm Türkiyə, həm də Azərbaycan güclü dövlətdir. Biz düşmənə layiqli cavab vermək əzmindəyik. Sadəcə bunun üçün ortaq məqsədlər olmalıdır. Fikrimcə, iki qardaş dövlətin sülh və sabitlik arzusu regionda iqtisadi, mədəni əməkdaşlığı gücləndirəcək.
Oxşar xəbərlər
Korrupsiya və planlaşdırılmamış tikinti şəhəri su altında qoyur - Tural Abbaslı (MÜSAHİBƏ)
19:34 07.04.2026
Bağlama səsi ilə dünyanı gəzən cütlük-"Bir-birimizə aşiq olduğumuz kimi musiqiyə də aşiqik" -FOTO
23:59 05.04.2026
Elxan Şahinoğlu: Gələcəkdə regionda İran adlı dövlətin mövcudluğu belə şübhə altındadır -SÖHBƏT
16:57 20.03.2026
Xəbər lenti
Hamısına bax
DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
21:35 11.04.2026
Hadisə
Boğazında yemək qalan şagird "Heimlich" manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya