KİV: Vardanyan "siyasi fəaliyyət"ə başlamazdan əvvəl Rusiyada böyük sərvət toplayıb
Yusif Nəzərli
12:13 18.06.2024
Gündəm
387
Ermənistanda aktiv "siyasi fəaliyyət"ə və xeyriyyəçiliyə başlamazdan əvvəl Qarabağdakı keçmiş erməni separatçıların “dövlət naziri” Ruben Vardanyan Rusiyada böyük sərvət toplayıb.
“Report” xəbər verir ki, bu barədə Fransanın “Intelligence online” bülletenində dərc olunan məqalədə deyilir.
“Ötən əsrin 90-cı illərinin əvvəllərində o, hazırda ləğv edilmiş “Troyka Dialoq” investisiya bankını açıb və bu bankı “Sberbank”a satana qədər onu idarə edib. 2019-cu ildə bank məlumatlarının sızması investisiya bankı tərəfindən 2006-2013-cü illər arasında yaradılan “Troyka çamaşırxanası” adlı sxemi ortaya çıxarıb. Məlum olub ki, bu sxem vasitəsilə bank Rusiyadan pulları vergi ödəmədən Litva vasitəsilə ölkədən çıxarıb”, - məqalədə qeyd olunur.
Müəllifin fikrincə, Azərbaycanda mühakimə olunan erməni iş adamı Ruben Vardanyanın qalmaqallı fiquru Rusiya, ABŞ və Fransadan gələn ayrı-ayrı iddia edilən təsir kampaniyaları dalğasının katalizatoruna çevrilib.
Eyni zamanda, nəşr vurğulayır ki, təkcə iyunun 12-də onlarla insanın xəsarət almasına səbəb olan nümayişlər zamanı etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb etməkdə davam etdiyi üçün baş nazirin ofisi müxalifətin hərəkətlərinə nəzarət etməyə çalışır.
“Paşinyanın təhlükəsizlik xidməti biznesmen Ruben Vardanyanın erməni diasporunun birləşməsində oynaya biləcəyi roldan xüsusilə narahatdır. Onlar xüsusən də Vardanyanın müxalifət tərəfdarlarının ən fəal olduğu ABŞ və Fransadakı təsirindən narahatdırlar”, - məqalədə vurğulanır.
Xatırladaq ki, sentyabrın 27-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılan R.Vardanyan 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (Respublika qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə və ya qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədindən buraxılış məntəqəsindən kənarda keçmə) maddələri ilə ittiham olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya