Bu görüşdən öncə müharibəni bitirmək fürsəti var idi
06:24 31.08.2025
Siyasət
281
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşdən əvvəl müharibənin sona çatdırılması üçün ideal bir konstruksiya mövcud idi. İndi isə ruslar bildirirlər ki, müharibəni davam etdirmək üçün resurslara malikdirlər.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayl Podolyak bildirib.
Podolyak qeyd edib ki, həmin konstruksiya ondan ibarət idi ki, atəşkəs hər hansı sülh danışıqlarından əvvəl baş verməli idi və bu addım tərəflərin müharibəni sona çatdırmağa hazır olduqlarına dair aydın bir mesaj olardı:
"Ukraynanın təklif etdiyi strategiyaya riayət olunmalı idi. Buna atəşkəs, sonra danışıqlar prosesi, daha sonra müəyyən müddətlik müvəqqəti sülh dövrü, cəbhə xəttində vəziyyətin dondurulması və s. daxil idi. Bu artıq o demək olardı ki, Rusiya doğrudan da müharibədən çıxmaq istəyir. Hazırda isə açıq şəkildə görünür ki, onlar nəinki müharibədən çıxmaq istəmirlər, əksinə müvafiq resursları olduğunu, həmçinin qlobal bazarda vəsait toplamağa, müəyyən resurs imkanlarını maliyyələşdirməyə imkan yaratdıqca müharibəni davam etdirəcəklərini bildirirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil