“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc

“Azərsun Holdinq” şirkətinin əsas şəkər markası olan “Azərşəkər” tərəfindən bu il də sosial dəstək ənənəsi davam etdirilib.

“Azərşəkər”in xammal təminatında mühüm rol oynayan şəkər çuğunduru fermerlərinin və İmişli Şəkər Zavodunun əməkdaşlarının məktəbli övladları yeni tədris ilinin başlanması münasibətilə müxtəlif məktəb ləvazimatları və şirniyyat hədiyyələri ilə sevindirilib.

Hədiyyələr İmişli şəhərində və Ağcabədi rayonunun Kəbirli kəndində şəkər çuğunduru yetişdirən fermerlərin, eləcə də zavod əməkdaşlarının bu il birinci sinfə başlayan və ibtidai siniflərdə təhsil alan övladlarına təqdim olunub.

Layihənin əsas məqsədi yeni tədris ilinə qədəm qoyan uşaqlara sevinc bəxş etməklə yanaşı, Azərşəkərin uzun illərdir əməkdaşlıq etdiyi fermerlərə və İmişli Şəkər Zavodunun əməkdaşlarına olan diqqət və təşəkkürünü ifadə etməkdir.

“Azərşəkər” üçün şəkər çuğunduru yalnız istehsalın əsas xammalı deyil, eyni zamanda yerli fermerlərin əməyi, zəhməti və regionların inkişafı ilə bağlı dəyər zəncirinin mühüm hissəsidir. Bu baxımdan fermerlər və onların ailələri ilə birlikdə olmaq, onların övladlarının sevincini bölüşmək markanın sosial məsuliyyət yanaşmasının vacib istiqamətlərindən biridir.

Yeni dərs ilinin ilk günlərində uşaqların üzündə yaranan təbəssüm isə bu təşəbbüsün ən gözəl nəticəsi oldu.

“Azərşəkər” – yerli zəhmətin, yerli şəkərin və gələcəyin yanında.