Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi tərəfindən “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi çərçivəsində növbəti tədbir Xırdaoymaq kəndində keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin BP ilə birgə elan etdiyi qrant müsabiqəsində reallaşan “Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi üzrə növbəti, ikinci tədbir Şabran rayonunun Xırdaoymaq kəndində yerli sakinlərin iştirakı ilə keçirilib.
Layihə rəhbəri Gülsənəm Əmrahovanın verdiyi məlumata əsasən 06 avqust 2026-cı il tarixdə rayonun Xırdaoymaq kəndində yerli sakinlərin iştirakı ilə birlikdə keçirilən tədbirdə yaşıllaşdırma aksiyalarının təşkili barədə yerli sakinlərə ətraflı məlumatlar verilib. İştirakçıların fikir və təklifləri dinlənilib, diskussiya və mülahizələr olunub.
Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Rəşad Əmrahov, ADNSU-nin elmi-tədqiqat mərkəzinin direktoru-Tural Məmmədov, Ağalıq İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Elsevər Musayev, Ağalıq bələdiyyəsinin sədri Elnur Beybalayev, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi-Mirsəid Mirizadə layihə çərçivəsində həyata keçirilən tədbirin əhəmiyyəti, təbiəti qorumaq, zənginləşdirmək, artırmaq, gələcək nəsillərə ötürülməsinin vətəndaşlıq borcumuz olduğunu vurğulayıblar.
Kənd sakini Zəki Aslanov vətəndaşlar adından layihə çərçivəsində Təzəkənd kəndində keçiriləcək iməçilik aksiyasını alqışlayıb və belə tədbirin başqa kəndlərdə də davam etdirilməsini təklif edib.
Layihənin icrası davam edir.