"Biz Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması olaraq Nikol Paşinyanın bəyanatını kəskin şəkildə pisləyirik. Bu, Ermənistanın təcavüzkar siyasətini bir daha ortaya qoydu".
APA -nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin oyunların işğal edilmiş Azərbaycan ərazilərində etnik təmizlik aparıldıqdan sonra keçirilməsi qəbuledilməzdir: "Belə oyunlar sülhə xidmət etməlidir. Yalnız Azərbaycanlı icma öz ərazilərinə qayıdacağı təqdirdə belə oyunlar keçirilə bilər. Belə oyunların beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur və beynəlxalq hüquqa ziddir".
T. Gəncəliyev qeyd edib ki, icmanın oyunlarla bağlı bəyanatı artıq beynəlxalq təşkilatlara göndərilib.