“Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” açıqlaması provakativ addımdır” – Deputat
18:00 07.08.2019
Qarabağ
827
Ötənlərdə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirililib ki, Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar aparmamaq üçün bəhanələr axtarışındadır.
XİN-in mətbuat katibi Leyla Abdullayeva bəyan edib ki, bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Onun sözlərinə görə, düşmən tərəf Qarabağla bağlı məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtararaq özü-özünü aldatmaqla məşğuldur.
Artıq uzun müddətdir, Ermənistan BMT qətnamələrini icra etməməklə Qarabağla bağlı danışıqlardan qaçır. Bəs, belə olan təqdirdə Azərbaycan tərəfi nə etməlidir?
Sualımızı cavablandıran Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Sherg.az” söylədi ki, bu günə qədər düşmən tərəfin verdiyi bəyanatlar tamamilə reallıqdan uzaq, məsuliyyətsiz və beynəlxalq səviyyədə danışıqlar prosesinə zərbə vurmaq niyyətini özündə əks etdirir:
“Ümumiyyətlə, son zamanlar Ermənistan Azərbaycana qarşı provakativ addımlar atır. Bu addımlar da yalnız bir məqsəd daşıyır: Azərbaycanı ciddi hərəkət etməyə vadar etmək və bununla da Dağlıq Qarabağ məsələsini beynəlxalq səviyyədə tamamilə başqa iqtiqamətə yönəltmək. Məsələn, bir neçə müddət öncə cəbhə xəttində atışmalar baş verdi, əsgərlərimiz şəhid oldu. Ermənistanın müdafiə naziri provakasion bəyanatlar yaydı və Dağlıq Qarabağda qondarma rejim tərəfindən dırnaqarası beynəlxalq tədbirlər keçirildi.
Son olaraq isə Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” deməsi ilə birbaşa provakasiyanı ehtiva edən addımdır. Bütün bunlar qıcıq yaratmaq məqsədi güdsə də, heç bir məna daşımır. Paşinyan o dərəcədə həqiqəti əks etdirməyən ifadələr səsləndirir ki, sabahısı gün onun sözçüsü “Paşinyan bunu demək istəmirdi” sözlərini dilə gətirdi. Özləri də başa düşürlər ki, bu cür sərsəm bəyanatlarla danışıqlar prosesini pozurlar, regiondakı məsələləri başqa istiqamətə yönəldirlər və təhlükə yaradırlar”.
S.Seyidov vurğulayıb ki, Paşinyan Dağlıq Qarabağ məsuliyyətini boynuna götürməkdən qorxur:
“Paşinyan bütün vasitələrlə Azərbaycana qarşı provakativ addımlar ataraq ölkəmizi ciddi əks addımlar atmağa vadar edir. Bununla istəyir ki, iqtisadi iflasa uğraması ört-basdır olunsun, birdəfəlik Qarabağı itirsin və desin ki “mən nə edə bilərəm?”, yaxud da başqa bir tərzdə Qarabağ məsuliyyətini böyük dövlətlərin boynuna atsın. Bütün bunlar Paşinyanın nə Ermənistanı normal şəkildə idarə emtək qabiliyyətinin, nə də Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmaq cürətinin olduğuna dəlalət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəlincikləri “övladlığa” götürüb: 8 “körpəyə” analıq edir
04:17 05.12.2024
Cəmiyyət
Axşam yeməyində kartof yeməyin!
04:14 05.12.2024
Sağlamlıq
İtaliyanın XİN rəhbəri: Zelenski güzəştə getməli olacaq
03:52 05.12.2024
Gündəm
Dünya artıq çoxqütblü böhrana daxil olub - TƏHLİL
03:38 05.12.2024
Siyasət
Bu ölkədə qadınlar həkim ola bilməz
03:20 05.12.2024
Dünya
Autizmli oğlan kitab yazdı
02:12 05.12.2024
Dünya
Qobustanda zəlzələ olub
01:48 05.12.2024
Hadisə
Gürcüstandakı iğtişaşlar tam olaraq orqanik proses deyil - ANALİTİK
01:24 05.12.2024
Dünya
Fransanın Baş naziri istefa verib
00:47 05.12.2024
Siyasət
Ağstafada yanğın baş verib, xəsarət alan var
00:10 05.12.2024
Hadisə
Xəzər regionu böyük potensiala malikdir - Britaniya
23:29 04.12.2024
Gündəm
Məşhur müğənninin düşmənçilik etdiyi anası öldü
23:11 04.12.2024
Şou
Tanınmış həkim vəfat etdi
22:48 04.12.2024
Hadisə
Apple əməkdaşı şirkəti məhkəməyə verib
Apple əməkdaşı şirkəti məhkəməyə verib
22:39 04.12.2024
Texnologiya
Narı necə yeməli: Tumlu, yoxsa tumsuz?
22:29 04.12.2024
Sağlamlıq
Qərb bunu etməyə çalışdı, ancaq uğursuz oldu - Putin
22:18 04.12.2024
Siyasət
Poroşenkonun oğlu axtarışa verildi
22:11 04.12.2024
Dünya
Qurban Qurbanov "Elfsborq"la oyun barədə danışdı
21:53 04.12.2024
İdman
Analizlərin cavabını elektron hökumətdən öyrənmək mümkündür
21:45 04.12.2024
Texnologiya
Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:36 04.12.2024
Cəmiyyət
Şahzadə Birqitta vəfat etdi
21:30 04.12.2024
Dünya
Çeçenistanın paytaxtı PUA atəşinə məruz qalıb
21:24 04.12.2024
Dünya
Gürcüstan və Ermənistanın XİN başçıları görüşdü
21:18 04.12.2024
Siyasət
Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır
21:11 04.12.2024
Gündəm