“Cəbhə xəttində mütəmadi təxribatların törədilməsi “Qarabağ klanı”nın fəaliyyətidir”.
Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, təxribatların danışıqların müəyyən qədər intensivləşdiyi dövrə baş verməsi təsadüfi xarakter daşımır:
“Cəbhə xəttində baş verən təxribatlarda başqa qüvvələrin də rolunun olması şübhəsizdir. Məqsəd danışıqlarda irəliləyişin qarşısını almaqdır. Hər halda təxribatların məsuliyyəti bütöv olaraq Ermənistanın indiki hakimiyyətinin üzərinə düşür.
Ancaq məsələ ondadır ki, düşmən ölkə tərəfindən təxribatların davamlı xarakter alması müharibəyə səbəb ola bilər. Çünki Azərbaycanın səbri sonsuz deyil. Ona görə də erməni tərəfi məqsədyönlü təxribatlardan əl çəkməlidir”.