“Prezident İlham Əliyevin Soçidəki çıxışı Azərbaycan xalqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq mövqeyidir”.
Bunu Sherg.az-a açıqlamasında millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycanın mövqeyini məhz bu formada dünya ictimaiyyətinin və həmsədrlərin diqqətinə çatdırmaq çox önəmlidir:
“Bu o deməkdir ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü mütləq bərpa edəcək”.