Düşmən bilsin ! – “Çanaq öz başında çatlayacaq”

“Əməllərinin bədəlini ağır ödəyib, çox peşiman olacaqlar”

“Ermənilər başa düşməlidirlər ki, onlar yer üzündən silinə bilərlər”

“Beynəlxalq qanun bu mövzuda Azərbaycanı ittiham edə bilməz”

Son günlər ermənilər davamlı şəkildə Suriyadan Azərbaycana döyüşçülərin gəldiyi barədə dezinformasiyalar yayırlar. Təbii ki, düşmənin bu iddialarının ağ yalan olduğu bəllidir. Ermənilər ölkəmizin nüfuzuna xələl gətirmək məqsədi güddüyünü açıq-aydın göstərir. 

Düşmən hiyləgər olduğunu hər məqamda hiss etdirir. Paşinyan hakimiyyəti Azərbaycana oyun qurmağa çalışsada, son nəticədə qazdıqları quyuya özləri düşəcəklər. Çünki yalan ayaq tutsa da, yeriməz. Bəs, Azərbaycan belə situasiyada nə etməlidir? 

Ermənistanın dezinformasiya yaymasına münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a bildirib ki, sərhəddə gərginliklər zamanı informasiya sahəsində də qarşıdurmalar başlayır. QAT sədri qeyd edib ki, düşmən müəyyən təxribatlarla ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır:

“Separatçı rejim yanlış informasiyalar yayaraq, guya Suriya və digər yerlərdən Azərbaycana döyüşçülərin gətirildiyini iddia edir. Lakin Türkiyə mətbuatında  bu məlumatlar təkzib edildi və informasiyaların yalan olduğu deyildi. 

Təbii ki, düşmənin yalanlarını ifşa etmək üçün müəyyən işlər görmək lazımdır. Amma  belə dezinformasiyalara cavab verməklə yanaşı, işimizi də görməliyik. Torpaqlarımızı işğaldan azad etmək barədə düşünməliyik. Bütün dünya ölkələri bilməlidir ki, 30 il ərzində Dağlıq Qarabağ məsələsinə ədalətli yanaşma olmadı. Ona görə də Azərbaycan məcburiyyət qarşısında müharibə yolunu seçdi. Başqa bir yol yoxdur. Torpaqlarımız işğaldan azad olmalıdır”. 

A.Nağının sözlərinə görə, Azərbaycan illərdir ki, dözür, beynəlxalq hüquq normalarına əməl edir. Lakin  beynəlxalq vasitəçilər məsələyə obyektiv yanaşmırlar:

“Onlar Ermənitsanın yanında oldular. Bu baxımdan ölkəmizin müharibədən başqa yolu yoxdur. Müharibə başlayandan sonra Azərbaycanın iradəsindən asılı olmayaraq dünyanın müxtəlif yerlərindən, xüsusilə müsəlman ölkələrindən Azərbaycana dəstək gələ bilər. Yəni həmin ölkələrdəki döyüşçülər öz istəkləri ilə gəlib Dağlıq Qarabağ müharibəsində iştirak edə bilərlər.

Beynəlxalq aləm bu perspektivi başa düşməlidir. Heç kəs bu mövzuda Azərbaycanı ittiham edə bilməz. Ermənilər başa düşməlidirlər ki, onlar yer üzündən silinə bilərlər.

30 ildir ki, Azərbaycan səbrini qoruyur və dözür.  Düşmən bilməlidir ki, çanaq öz başında çatlayacaq. Əməllərinin bədəlini ağır ödəyib, çox peşiman olacaqlar”.