Hindistanın görkəmli siması, sevilən televiziya və film xadimi "Marwah Studiyası"nın rəhbəri Sandeep Marvah ilə Nəriman Film Productionın rəhbəri, Azərbaycanın əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov arasında iki ölkənin film sənayesinin inkişafı üçün görüşü baş tutub.
Görüş zamanı uğurlu, müxtəlif film və bu sahəyə aid işlərin araşdırılması barədə görüləcək işlər barədə razılığ əldə olunub.
"Baş ofisi Azərbaycanın paytaxtı Bakıda olan və dünya çapında bir çox filialı olan Global Film Line istehsalat və xidmət şirkətiyik. Bizim missiyamız Azərbaycan və xarici biznes və kino çəkilişləri ictimaiyyətinə keyfiyyətli, brendləşmiş peşəkar istehsal, video və fotoqrafiya xidmətləri, etibarlı və yeni növ icarə avadanlıqları, texniki dəstək, idarəetmə dəstəyi və qüsursuz müştəri xidməti təqdim etməkdir”, - deyə Nəriman Məmmədov qonağa məlumat verib.
Görüş zamanı Sandeep Marvah filmlərə, televiziya üçün hazırlanmış işlərə və bu kimi bir çox nümayişlərə hər zaman aktiv olaraq qatıldığını xüsusi vurğulayıb. Bundan əlavə o, filmlə bağlı olan təlim proqramları və təhsili ilə məşhur olan AAFT universitetindən də danışıb.
Hər iki tərəf Hindistan və Azərbaycanın kino sənayesini yaxınlaşdırmaq üçün ümumi maraqların müəyyən edilməsi və imkanların yaradılmasında işlərin mühümlüyündən danışılıb. Və bildirib ki, bu əməkdaşlıq mədəni mübadiləni gücləndirməyi və film istehsalı texnikaları və hekayələrin izahında yenilikləri təşviq edilməsi, hər iki ölkənin kinorejissorlarına və tamaşaçılarına fayda verərək, birgə istehsal, paylaşılan resurslar və film layihələrində qarşılıqlı dəstəyi ilə nəticələnəcəyi gözlənilir.