Erməni tərəfi 16 nəfərin öldüyünü, 100-dən çox yaralının olduğunu açıqlayıb


Ermənistan qoşunların təmas xəttində verdiyi növbəti itkiləri açıqlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, qondarma “Dağlıq Qarabağ müdafiə ordusu” komandirinin müavini Artur Sarkisyan bu gün keçirdiyi mətbuat brifinqində bildirib ki, 16 nəfər ölüb, 100-dən çox yaralı var.