“Repi”lər - Üzeyirsayağı

1. Sən demə, qızın dayısıymış

Gündoğan Azərbaycanı qubernatoru İran kanalında xəbər yayıb ki, irişdən erişə daşınan yüklər,  demə “silah-sursat deyil, nəqliyyat vasitələri”ymiş. 
Sayğılı qoburnat bəy unudur ki, Üzeyir bəyin yüz il (daha çox) öncə yaratdığı “O olmasın, bu olsun”da yalanın gülə-gülə yeridilməsinin bir yolu Azərbaycanda sonralar məsələ çevrilib: Sən demə o, qızın dayısıymış.  Biz nə deyirik ki, elə qoburnat bəy tək gülə-gülə, bizdə iki tuzdu ged ..., lənət şeytana, əlbəttə, “qızın dayısıymış”.



2. Ay Saloş, mən ölüm yanıldım

Saxsağanzədə urusyətin intellektual etnik tərkibinin iki tip canlı xeylağlarından ibarət olduğunu göstərmək üçün onları həmişə “televizır”a çıxarır, Azərbaycanı yıxıb-sürüdür, elə televerilişdə özü də transa düşüb ağlından çox ağzına gələni danışırdı. Çətindi demək, onu transa salan “erkan”dı, ya başqa bir nəsnə, amma o aydındı ki, Azərbaycana qarşı ağızdan ayaqyolu onda qenetik səviyyədə oturuşub.  Bu dəfə də, sifarışlə erixanada səfərbəyliyin ruh yüksəkliyi ilə keçdiyini göstərmək üçün hazırladığı “falşı” dünyaya sırımaq istəyi ilə “vər gəlsün” deyəndə, ağlına belə gətirmirdi ki, “alə, oldu də” eşidəcək. 

Rusiyada onun ölkəni gözdən salan şoularına yuxarılar, qoy qırıldatsın, deyir, aşağılarsa, üç dəfə tıqqıldadırdı. Bu dəfə isə, o, “vər gəlsün” deyəndə,əlində Azərbaycan bayrağı dalğalanan ayağa qalxmış xaıqı gördükdə az qala infarkt keçirəcəkdi. Hələ də ağlına sığışdıra bilmir ki, onun efirə gedəsi materialları içərisində belə kadrlar yox idi, bu, necə baş verdi. Bu, necə yanlışlıq idi axı?!Ona görə də, dünya görəsi, üzünü “mtrıyal” hazarlayanlara tutub rüsvayçı şəkildə donquldandı. 

Nəhayət yuxarılar da ona, axı sən kimsən ki, Rusiyada bütün erlobbi də, yerli arxaduranları da, bizi eşidib erixanaya qarşı şıppıdadırlar, sən ancaq dışarıdakı ağalarının istəyi ilə ermahnı oxuyub, erhavasına oynayırsan, dedi və ... üç dəfə tıqqıldatdı. 
Kadrları hazırlayansa hələ də deyir, ay solovey, mən ölüm yanılmışam. 

3. Biz qərdeşüy

Doqqazı qıfıllı, dənizi yox, çayı axmaz bir ölkədi erixana.Göydən, quşuçmazdan düşmür ki ora bu qədər nöyüt, silah, qara kürü. Düz qulağımızın dibindən axıb keçir, daşınır. 

Gör nəkqədir ölkə Azərbaycana “dostuğ-qərdeşüy” deyib erixanaya pul, neft, silah-sursat, yemək-içmək göndərir. Onlardan üçü bizə “Caan” deyəndə, aşqdan az qalır adamın bağrının ağzı açılsın, içində nə varsa tökülsün yerə. Biz axı inanan və sevən xalqıq. Dördü də, lənət şeytana, üçü demişdik axı, bir də lənət, dedik keçdi, dördü də, desək ki, quruya ayaq basandan bizə qarşı bu oyunu oynayıblar, düz olmaz.

Biri dünyada “cəhri qaşığı” (vayh-vayh, gəl indi cavab ver də, öz qaşığınıza noolub ki, desələr nağayracooux), ikisi dədə-babadan bizə cələ quran, biri də belə oyunlara yeni başladığından hələ ona-buna hürdürülən aralıq tulasıdır. İkisi başlarını kola elə soxublar ki, quyruqlarından xəbərləri yoxdu: Başı kolda, quyruğu çöldə.



Yanacağı, silahı erixanaya ötürüb bizə “qərdeşüy”, “qaytarduğ” ha, deyirlər, işdə isə qanımızı içməyə hazırdırlar. Ay siz ..., bilirik ki, qaytarıb-qusduğunuz nə, ötürdüyünüz nədi. Anlamırlar ki, belə oyunları Azəbaycan yüzillik nədi, minilliklər boyu görüb. 

“Cəhri qaşığı” isə (millət, “danabaş” yalan olacaq, mənim işim şuluqdu) özünü fırladan saysa da firladılandı. Kimlərdəsə bağda ərik qurtaranda, kimlərdəsə seçki vaxtı bitəndə “salam-məlik” bitir. Bəzən də, heç seçki vaxtı bitməyəndə də ...  Bəlkə xorla bir “Biz qərdeşüy” deyək ki, sol qulaqlarına çırpılıb içəri düşə. 

İmza: Şapalaq