Hikmət Hacıyev: “Bizim qələbələrimiz bundan da artıq olacaq"


“Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz öz rəşadətlərini göstərir”.

Sherg.az  xəbər verir ki, Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, çox ağır relyef şəraitində mövcud olan hərbi istehkamları keçərək Suqovuşan istiqamətində nailiyyətlər əldə ediblər: “Bizim qələbələrimiz bundan da artıq olacaq. Məqsədimiz işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsini təmin etməkdir. Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri altında legitim hərbi hədəfləri sıradan çıxararaq onların bütün hərbi resusrlarını məhv edir. Həmçinin atəşi həyata keçirən məntəqələr, xüsusən də işğal altındakı ərazilərimizdəki yerləşdirilən düşmən məntəqələri sıradan çıxarılır”.