İrəvanın Gəncəyə hücumu azğınlıqdır – Pol Qobl

Gəncə kimi bir şəhərə hücum etmək, xüsusən də hazırkı məqamda, son dərəcə azğınlaşmış bir addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında ABŞ Dövlət katibinin keçmiş müşaviri Pol Qobl deyib.

Onun sözlərinə görə, adətən tərəflər arasında atəşkəs razılaşdırıldıqda belə bir müddət döyüşü davam etdirmək istəyi müşahidə olunur:

"Lakin hazırki vəziyyətdə bu addım münaqişənin istənilən istiqamətdə danışıqlar yolu ilə həllini çətinləşdirəcək".