Bolqarıstan rəsmiləri Ağdama səfər edib

Ombudsman Səbinə Əliyeva və Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi uzun illər Ermənistanın işğal altında saxladığı bu ərazidəki mövcud vəziyyətlə yerində tanış olmaq, işğal dövründə minalanmış ərazilərə baxış keçirməkdir.