Gələn ildən işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi intensivləşəcək.
APA xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
“Artıq 3 mindən çox məcburi köçkün soydaşımız öz doğma torpaqlarına qayıdıb. Bu proses 2026-cı ilə qədər qoyulmuş qrafik üzrə həyata keçirilir. Prosesin sürəti daha da intensivləşəcək. Ümumi götürdükdə 34500 ailədən 2026-cı ilin sonuna qədər 16 min ailənin köçürülməsi nəzərdə tutulur”, - o deyib.